Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:33

Mehriban Əliyevanın prezident olmasını istəyənlərin videosu yayıldı...


Mehriban Əliyeva
Mehriban Əliyeva
-
«Demokratik Azərbaycan Dünyası Partiyasının yeganə namizədi İlham Əliyevdir».

Bunu AzadlıqRadiosuna müsahibəsində Demokratik Azərbaycan Dünyası Partiyasının mətbuat katibi Esmira Şükürova deyib.

Esmira Şükürova Mehriban Əliyevanın namizədliyini irəli sürənlərin vaxtilə partiyadan çıxarılmış və eyni adla partiya yaradanlar olduğunu deyir:

«13 oktyabr 2012-ci ildə biz qurultay keçirmişik, həmin qurultayda Fatma Əliyeva partiyanın sədri olub. O sədr olandan sonra partiyada təmizləmə işləri aparıb. Həmin vaxt partiyadan xaric olunanlar sonradan eyni adla partiya yaradıblar. Sonra baş prokurora və Nərimanov prokurorluğuna məktub yazıblar ki, əsl Demokratik Azərbaycan Dünyası Partiyası onlardılar və Fatma Əliyevə möhürü onlara vermir. Maraqlıdır ki, həmin məktublarına möhür də vurublar. Bəs onda necə olur bu?».

Esmira Şükürova deyir ki, onlar həmin şəxslərin Mehriban Əliyevanın namizədliyini irəli sürməsi barədə məlumatları yenicə eşidiblər:

«Biz ancaq möhtərəm prezidentimiz İlham Əliyevi dəstəkləyirik. Mehriban xanımın namizədliyini bizim partiya irəli sürməyib, heç adını çəkməyib. Biz ancaq prezidentimizin müdafiəsindəyik».

İyunun 22-də sosial şəbəkələrdə Demokratik Azərbaycan Dünyası Partiyası adından 15 iyun Qurtuluş Günü münasibətilə keçirilən tədbirdən video yayılıb.

Həmin videoda çıxış edənlər Demokratik Azərbaycan Dünyası Partiyasını təmsil etdiklərini deyirlər. Bütün çıxışçılar Mehriban Əliyevanın prezidentliyini müdafiə etdiklərini bildirilər.

YAP-çı deputat Aydın Mirzəzadə isə hakim partiyanın prezidentliyə namizədi olduğu halda digər bir iqtidaryönlü qüvvənin M.Əliyevanın özünün razılığı olmadan onun namizədliyinin irəli sürməsini yolverilməz sayır. A.Mirzəzadə virtualaz.org-a açıqlamasında bildirib ki, M.Əliyevanın YAP sədrinin müavini olması faktı da unudulmamalıdır:

«YAP sədrinin prezidentliyə namizədliyi isə artıq rəsmi şəkildə irəli sürülüb».
XS
SM
MD
LG