Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:41

Transparency İnternational Qlobal Korrupsiya Barometr-i elan edir


Arxiv foto
Arxiv foto
-

Beynəlxalq Şəffaflıq Təşkilatı – Transparency İnternational özünün 8-ci illi Qlobal Korrupsiya Barometrini elan etməyə hazırlaşır. Sənəd iyulun 9-da elan ediləcək.
Təşkilatın yaydığı məlumatda qeyd edilir ki, budəfəki hesabat son illər hazırlandığı sənədlər arasında ən genişidir. Onun hazırlanması zamanı 107 ölkədə 114 000 adam arasında sorğu keçirilib.

Qlobal Korrupsiya Barometrində bu qanunsuz əməlin səviyyəsində dəyişikliklər, daha çox hansı qurumların korrupsiyaya uğramaları əksini tapır. Keçirilən sorğuda suallardan biri də adamların son 12 ayda rüşvət verib-verməməsi, olubsa, konkret hansı məmura pul verdikləri barədədir.

Sənəd ingilis, fransız, ərəb, rus və ispan dillərində hazırlanıb.

Yayılması planlaşdırılan sənəd haqqında məlumat məhdud olduğundan orada Azərbaycanda vəziyyətdən də bəhs edilib-edilməyəcəyi hələlik bilinmir. Amma Transparency International adətən sorğularında Azərbaycanı da əhatə edir.

Təşkilatın keçən ilin dekabrında yaydığı Korrupsiya İndeksində Azərbaycan səviyyəsinə görə Azərbaycan 176 ölkə arasında 139-cu sırada göstərilib.
XS
SM
MD
LG