Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:41

Dünya Nelson Mandelasız qaldı


-


Cənubi Afrikada aparteid rejim əleyhinə hərəkəkata rəhbərlik etmiş, buna görə ömrünün 30 ilini habsxanalarda keçirmiş və ölkəsinin ilk qaradərili prezidenti kimi zəfər çalmış Nelson Mandela dekabrın 5-də 95 yaşında vəfat edib. Cənubi Afrika prezidenti onun vəfat etdiyini rəsmən elan etdi.

AzadlıqRadiosunun müxbiri Jeremy Bransten bu ecazkar insanın həyat yoluna nəzər salır.

TAYFA BAŞÇISININ OĞLU NECƏ NELSON MANDELA OLDU?

Nelson Mandela öz şüurlu həyatına gizli müqavimətin lideri kimi başladı, siyasi məhbus kimi püxtələşdi və prezident olmaqla öz ölkəsinin çoxmədəniyyətli demokratiyaya keçidinə rəhbərlik etdi.

Rolihlahla Mandela Cənub Afrikanın Transkei qəsəbəsində 1918-ci ildə yerli tayfa başçısının ailəsində dünyaya gəlib. Sonralar orta məktəb müəllimi ona daha asan tələffüz olunan Nelson adını verib.

Ailəsinin yüksək məqamı sahəsində Mandela universitet təhsili alıb. Universiteti bitirdikdən sonra bir müddət hüquq firmalarından birində iş təcrübəsi keçib. Lakin aydın idi ki, qaradərili adam üçün bu sahədə inkişaf imkanları geniş deyildi.

Aparteid siyasətini – yəni irqlərin bir-birindən tam təcrid olunmasını təbliğ edən Milli Partiya 1948-ci il seçkilərində qalib gələndə, qara dərili əhali o vaxtadək malik olduğu az-çox hüquqlarını da itirdi. Bu insanlara əksər işlər qadağan edildi, ağlarla sosial əlaqələri məhdudlaşdırıldı, bir sözlə onlar cəmiyyətin dibinə düşdülər.

Aparteidin memarı, Baş nazir Hendrik Frensch Verwoerd 1950-ci illərdə tərəfdarlarına tez-tez xatırladırdı ki, məqsəd ağların ölkədəki hegemonluğunu qoruyub saxlamaqdır: “Mənim dostlarım, bu respublika ağ adamın dünyadakı xanədanının bir hissəsidir” – deyirdi, Baş nazir.

Mandela ağların cəmiyyət üzərində nəzarətini təmin edən qanunlara qarşı qeyri-zorakı müqavimət göstərən Afrika Milli Konqressinin gənclər qanadına qoşuldu.

GANDİNİN İZİ İLƏ

Bundan onilliklər əvvəl çox az adamın tanıdığı Hindistanlı vəkil Mohandas Gandhi Cənubi Afrikada yaşadığı irqi ayrıseçkilikdən təsirlənərək özünün irqi bərabərlik naminə qeyri-zorakı mübarizəsinə başlamışdı.

Mandela ilham mənbəyi kimi Gandhi-nin ideayalarına tez-tez müraciət edərdi. Mandela az qala 20 il onun izi ilə hərəkət etdi.

Lakin 1960-cı illərin əvvəllərində Mandela və yoldaşları başa düşdülər ki, bu hərəkat bir nəticə əldə edə bilməyəcək.

Hökumət fövqəladə vəziyyət elan edəndə, fərqli düşüncə zorakılıqla təqib olunanda və anti-apateid nümayişləri dağıdılanda AMK, Mandelanın təbirincə deyilsə, öz seçimini etdi: “zora zorla cavab verməli”.

Lakin AMK başqa Afrika ölkələrində olduğu kimi partizan hərəkatına başlamadı və insan həyatını hədəfləmədi.

Dövlət mülkiyyətinə qarşı təxribatlar əsas taktika oldu. Poçt idarələri və telefon qurğuları partladıldı. Mandela 1962-ci ildə həbs edildi və ona 5 il iş kəsildi.
Növbəti ildə hələ həbsdə ikən ona və digər AMK fəallarına qarşı yeni ittiham – hökuməti devirmək cəhdi itthamı irəli sürüldü. Mandela və daha 7 nəfər 1964-cü ildə ömürlük həbs cəzası aldılar.

“CƏSARƏTİNİZ VARSA, MƏNİ ASIN!”

Məhz bu məhkəmə dinləməsində Mandela öz hərəkətlərinə bəraət qazandıran dörd saatlıq parlaq çıxışını etdi. O AMK-nın ağ rejimə qarşı taktikasını əsaslandırdı və hərəkatın tələblərini açıqladı. Onların arasında ən əsası qaradərili çoxluğa siyasi bərabərliyin verilməsi idi. O həmin çıxışında hakimə “cəsarətin çatırsa, məni asdır” dedi:

“Mən ağların hegemonluğuna qarşı mübarizə aparmışam. Bu mənim uğrunda yaşamaq istədiyim idealdır. Lakin, milord, əgər lazım gələrsə, bu, uğrunda ölməyə hazır olduğum idealdır”.

Hakim rişxənd etdi və Mandela Robben adasındakı həbsxanaya köçürüldü. Bu həbsxanada Mandela ömrünün 27 ilini keçirəcəkdi.

Həbsxanada olarkən Mandelanın nüfuzu yüksəldi və anti-aparteid hərəkatı qlobal miqyasa çıxdı. BMT ölkəyə silah embarqosu qoydu, boykotlar artdı və Mandela dünyanın ən məşhur vicdan məhbusuna çevrildi.

DÜNYANIN ƏN MƏŞHUR SİYASİ MƏHBUSU PREZİDENT OLDU

1990-cı ildə həbsxanadan çıxanda onu qəhrəman kimi alqışladılar. Cənubi Afrikanın yeni sübhü başlandı.

Növbəti üç il ərzində Mandela Cənubi Afrikanın o vaxtkı prezidenti F.W. De Klerk-lə birlikdə ilk demokratik seçkilərin keçirilməsinə yol açmaq üçün aparteid strukturlarının sökülməsi üzərində işlədilər.

Elə bu tarixi nailliyyətə görə də Mandela Nobel mükafatını De Klerk-lə qoşa aldı.
1994-cü ildə Mandela ölkəsinin ilk çoxirqli seçkisində prezident oldu.

O prezident postunda cəmi bir müddət qaldı və milli-beynəlmiləl barışıq ideyaslına görə beynəlxalq ehtiram qazandı.

1999-cu ildə Mandela postunu tərk edəndə ölkə təlatümdə idi, lakin iri addımlar atırdı.

ÖLKƏSİNİ SİLAHLA DEYİL, MƏNƏVİ GÜCÜYLƏ DƏYİŞƏN LİDER

Sonralar oğlunun QİÇS-dən ölümünün ardınca, o, QİÇS-ə qarşı kampaniyaya rəhbərlik etdi. O bu məqamda da öz şəxsi itkisini icrtimaiyyət qarşısında açıqlayaraq o zaman üçün tabu sayılan bir mövzunu ortaya gətirməklə şəxsi qəhrəmanlıq nümayiş etdirdi.

O ictimai həyatdan 2004-cü ildən etibarən uzaqlaşmışdı.

Mandela böyük bir nüfuz sahibi kimi dünyasını dəyişir. O tarixdə qəhrəman saydığı Gandhi sayağı millətini silah gücünə yox, mənəvi gücü və şəxsi nümunəsi ilə dəyişmiş şəxs kimi qalacaq.

Cənubi Afrikalılar Mandelanın 95-ci doğum gününü belə qeyd edir
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00
XS
SM
MD
LG