Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:38

Vəkil: «Zaur Qurbanlının müayinəsi davam edir»


Zaur Qurbanlı
Zaur Qurbanlı
-
Həbsdə olan gənc fəal Zaur Qurbanlının müayinəsi davam edir. Müayinələrin nəticəsindən asılı olaraq ona qan köçürülüb-köçürülməyəcəyi məsələsinə baxılacaq.
İyulun 1-də isə Bakı Apelyasiya Məhkəməsində Zaur Qurbanlının həbs müddətinin 3 ay artırılması ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin müraciətinə baxılacaq. Həmin gün müdafiə tərəfinin Zaur Qurbanlının ev dustaqlığına buraxılması ilə bağlı müraciətinə də baxılacaq.
Bu haqda Zaur Qurbanlının vəkili Xalid Bağırov məlumat verib:
«Biz hesab edirik ki, Zaur talassemiya xəstəsi olduğuna görə ev dustaqlığına buraxılmalıdır. Normal ölkələrdə talassemiya xəstəsini həbsdə saxlamazlar».
Bundan əvvəl də müdafiə tərəfi Zaur Qurbanlı haqqında həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün məhkəməyə müraciət etmişdi. Məhkəmə bunu qəbul etməmişdi.
Zaur Qurbanlı aprelin 1-də saxlanıb. Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə ittiham odlu silah saxlamaqda ittiham olunur. Nəsimi Rayon Məhkəməsi üç aylıq həbs qətimkan tədbiri seçib.
Hazırda NİDA hərəkatının 7 fəalı həbsdədir.
Amnesty İnternational - beynəlxalq hüquq müdafiə təşkilatı onları vicdan məhbusu sayır.
XS
SM
MD
LG