Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:52

İsmayıllı məhbuslarından nə xəbər?


İsmayıllıda yanan Çıraq oteli
İsmayıllıda yanan Çıraq oteli
-
«İsmayıllı hadisələrinə görə həbs olunanların işi ilə bağlı heç bir istintaq hərəkəti aparılmır. Heç adlarını da soruşan yoxdur».
Bunu AzadlıqRadiosuna İsmayıllı hadisələrinə görə həbs olunanlardan biri, Səftər Ağamalıyevin vəkili Nizami Abbasov deyib.
Vəkil deyir ki, «ola bilər ki, istintaq hansısa sübutları araşdırır. Amma təqsirləndirilən şəxslərlə bağlı heç bir istintaq hərəkəti aparılmır. Onları dindirən də, nəsə soruşan da yoxdur. Bu adamlar 5 aydır günahsız yerə həbsdədir».
İsmayıllı hadisələrinə görə hazırda 18 nəfər həbsdədir. Mayın sonunda onlar haqqında seçilən həbs qəti-imkan tədbiri daha 3 ay – avqustun 28-ə qədər uzadılıb.
Bundan əvvəl də müdafiə tərəfi dəfələrlə bu işlə bağlı heç bir istintaq hərəkəti aparılmadığını bildirib. Respublika Prokurorluğu isə zəruri istintaq hərəkətlərinin davam etdirildiyini deyib.
Bu il yanvarın 23-24-də İsmayıllıda icra hakimiyyəti başçısının istefası tələbi ilə etiraz aksiyası keçirilib. Həmin aksiya ilə bağlı 18 nəfər həbs olunub.
Həbs olunalar arasında hadisələrdən bir gün sonra müşahidə üçün rayona gedən REAL Hərəkatının sədri İlqar Məmmədovla Müsavat başqanının müavini, «Yeni Müsavat» qəzetinin əməkdaşı Tofiq Yaqublu da var. Mayın 15-də onların həbs müddəti daha 3 ay uzadılıb.
İsmayıllı hadisələrinə görə bağlı həbs olunanlar «külli miqdarda əmlakı məhv etmə», «kütləvi iğtişaşlar təşkil etmə, bu cür hərəkətlərdə fəal iştirak etmə» və «hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə» maddələri ilə ittiham olunurlar
Bu maddələrin hər biri üzrə 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
XS
SM
MD
LG