Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:31

«Daha bir Milli Şura üzvünün namizədliyi hakimiyyəti şirnikləndirə bilər» [Video]


"Ya Milli Şuranın namizədi qeydə alınacaq, ya da..."
Gözlə

No media source currently available

0:00 0:05:15 0:00
-
Milli Şuranın prezidentliyə vahid namizədinin seçki qərargahı təbliğat-təşviqat mərhələsinə bir ay qalmış – avqustun ortalarında fəaliyyətə başlayacaq.

Bu haqda qurumun iyulun 9-da keçirilən qapalı sessiyasının ardından Milli Şura Aparatının rəhbəri Eldar Namazov məlumat verib.

Seçki qərargahının formalaşdırılması icra aparatına tapşırılıb. Qərargah icra aparatının bir qurumu şəklində fəaliyyət göstərəcək.

NAMİZƏDLİYƏ MŞ-DAN DAHA BİR NAMİZƏD OLSA...

Sessiyada müzakirəyə çıxarılmasa da, Eldar Namazov Milli Şuranın bir başqa üzvünün namizədliyə iddiasının hakimiyyəti şirnikləndirə biləcəyini və Rüstəm İbrahimbəyovun namizədliyinə problem yaradacağını söylədi:
Eldar Namazov və Rüstəm İbrahimbəyov
Eldar Namazov və Rüstəm İbrahimbəyov
«Hakimiyyət süni maneələr törətsə, Milli Şura dinc və kütləvi etiraz aksiyaları keçirərək, hakimiyyəti Milli Şuranın vahid namizədini qeydiyyata almağa məcbur etməlidir. Ya Milli Şuranın vahid namizədi qeydiyyata alınacaq, ya da bu seçkilərin həm beynəlxalq legitimliyi, həm də daxili legitimliyi sual altına düşəcək. Milli Şura da bu qanunsuz qərarın aradan qaldırılması üçün çox ciddi mübarizə aparacaq».

Rüstəm İbrahimbəyov iyulun 8-də açıqladığı bəyanatında bildirib ki, vahid namizədin qeydə alınması üçün Milli Şura və Azərbaycanın demokratik ictimaiyyəti maksimum iradə və qətiyyət göstərməlidir:

«Əslində, bu namizədin qeydiyyatına mane olmaq üçün heç bir qanuni əsas yoxdur və ümid edirəm ki, olmayacaq da. Hətta imtina ehtimalı olduğu variantda belə, gerçək demokratik düşərgədən ikinci namizəd olmamalı, Milli Şura isə hakimiyyətin özbaşınalığı ilə aktiv mübarizəni davam etdirməli, onu Azərbaycan xalqının iradəsi, ölkə Konstitusiyası və götürdüyü beynəlxalq öhdəliklərlə hesablaşmağa məcbur etməlidir».

Sülhəddin Əkbər
Sülhəddin Əkbər
İSA QƏMBƏR MÜNASİBƏT BİLDİRMƏDİ, ƏLİ KƏRİMLİ İSƏ...

Qapalı sessiyadan sonra Müsavat başqanı İsa Qəmbər münasibət bildirmədi.
AXCP sədri Əli Kərimli isə bu məsələnin müzakirəyə çıxarılacağını söylədi:

«Müzakirə eləyəcəyik. Amma əvvəlcə özümüz müzakirə eləyəcəyik, sonra sizə deyəcəyik. Müzakirədən sonra cavab verəcəyəm».

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Milli Şuranın ikinci namizədinin olmayacağına əminliyini ifadə etdi:

«Milli Şuranın vahid namizədi var, onun üçün imzalar toplanacaq və namizədliyinin qeydə alınması üçün müraciət olunacaq. Hətta müraciət qəbul olunmasa da, yeni namizədin irəli sürülməsi, imzaların toplanması fiziki baxımdan mümkün deyil. Söhbət Milli Şuranın vahid namizədini müdafiə etməklə yanaşı, eyni zamanda öz namizədlərinin saxlanmasından gedir. Bu, birincisi, Milli Şuranın qətiyyətinə şübhə oyadaraq, hakimiyyətə, MSK-ya manevr imkanı yaradır. Kimsə namizədliyini saxlayacaqsa, Azərbaycan hakimiyyətinə bəlli mənada manevr imkanı tanıyır».

Milli Şuranın sessiyası
Milli Şuranın sessiyası
MİLLİ ŞURAYA QƏBUL QAYDALARI DA TƏSDİQLƏNDİ

Milli Şuranın qapalı sessiyasında komissiyalar haqda qərar qəbul olunub.

İqtisadiyyat komissiyasına Qubad İbadoğlu, sosial siyasət komissiyasına Eldar Əliyev, hüquq komissiyasına Vidadi Mirkamal, beynəlxalq münasibətlər komissiyasına Gültəkin Hacıbəyli, ictimaiyyətlə əlaqələr komissiyasına Mehman Əliyev, etika komissiyasına Nurəddin Mustafayev, Qarabağ komissiyasına Cəmil Həsənli, humanitar siyasət komissiyasına Kamil Vəli Nərimanoğlu rəhbərlik edəcək.
Formalaşdırılmış komitələrlə yanaşı, insan hüquqları, mitinq və kütləvi tədbirlərin keçirilməsi, qadın və gənclərin işləri üzrə komitələrin yaradılması qərara alınıb.

Sessiyada Milli Şuraya yeni üzvlərin qəbul qaydaları da təsdiqlənib. Potensial namizəd üzvlərin toplam sayının (indi MŞ-nin 131 üzvü var) üçdə birinin dəstəyini qazanmalıdır. Yalnız bundan sonra məsələ sessiyanın müzakirəsinə çıxarıla bilər.
XS
SM
MD
LG