Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:38

Zaqatala məscidindəki mübahisə polisdə bitdi


Nadir Muradov
Nadir Muradov
-
Zaqatalanın Bəhmədli kənd məscidindəki mübahisəyə görə saxlanılan Nadir Muradov barəsində rayon məhkəməsi 5 günlük inzibati həbs qərarı çıxarıb. Bu barədə AzadlıqRadiosuna saxlanan Nadir Muradovun atası Rəşid Muradov məlumat verib:

«Oğlumla mübahisə edənlər də məhkəməyə gətirilmişdi, amma onları heç dindirmədilər. Bir gün polisdə saxlanıldı, daha 4 gün həbsdə olacaq. Polis təkzib etsə də, oğlumun saqqalı qırxılı idi».

MƏSCİDDƏ MÜBAHİSƏ POLİSDƏ BİTDİ

Zaqatalanın Bəhmədli kənd sakini Nadir Muradovu polis saxlayıb. Bu barədə AzadlıqRadiosuna atası Rəşid Muradov məlumat verib. Dediyinə görə, oğlunu kənd məscidindəki söhbətlərə görə aparıb, polis şöbəsində saqqalını qırxıblar:

«Polisdən zəng etdilər, oğlumla birgə getdik. Onu məsciddə qanunsuzluq etməkdə günahlandırırlar. Bir az mənim yanımda sorğu-sual etdilər. Sonra dedilər sən çıx çölə, bir azdan oğlunu buraxacağıq. Oğlumdan soruşdum məsciddə nə olub, dedi, bir nəfər məscidə gəlib, hökumət əleyhinə danışıb, hakimiyyəti korrupsiyada ittiham edib. Oğlum da onun cavabını verib, məsciddə bu söhbətlərə yer olmadığını deyib. Həmin adamı yox, mənim oğlumu saxlayıblar. Deyirlər, o adamın telefonuna zəng çatmır. Günahsızlığı bir yana, axşam polisdə zorla oğlumun saqqalını qırxıblar».

Polis şöbəsinin əməliyyatçısı Murad Xurşudov Nadir Muradovun kənd cümə məscidi üzvlərinin kollektiv şikayəti əsasında saxlandığını bildirir:

«Nadir Muradov kəndin cümə məscidi üzvlərinin kollektiv şikayəti əsasında saxlanılıb. Barəsində də qanuni tədbirlər görüləcək».

Saxlanan şəxsin saqqalının zorla qırxılması barədə deyilənləri isə əməliyyatçı təkzib edib:

«Biz bərbər deyilik saqqal qırxaq, görünür, yalan deyirlər».
XS
SM
MD
LG