Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:38

Qax sakinləri Zaqatala-Gürcüstan yolunu bağladı


Qaxda dəri emalı müəssisəsi
Qaxda dəri emalı müəssisəsi
-

Qax rayonunun Qorağan kəndinin sakinləri kənddəki dəri emalı müəssisəsinin bağlanması tələbi ilə aksiya keçiriblər.

İyulun 17-də Zaqatala-Gürcüstan avtomobil yolunu bağlayan sakinlər isti yay günlərində həmin müəssisədən ətrafa yayılan pis iydən şikayətləniblər. Bu səbəbdən də həmin müəssisənin bağlanmasını istədiklərini deyiblər.

Sakinlər əraziyə gələn Qax rayon polisi və rayon rəsmilərinin tələblərinin yerinə yetiriləcəyinə dair vədindən sonra yolu açıblar.

Kənd sakinləri AzadlıqRadiosuna deyiblər ki, iydən başqa, sözügedən müəssisə zəhərli tullantılarını kənd ərazisindən keçən Acı çaya axıdır. Onların iddiasına görə, bu tullantılar əhalinin sağlamlığına da ciddi təhlükə törədir.

Qorağan kəndi yaxınlığındakı dəri emalı müəssisəsinin «Gilan Holding»ə məxsus olduğu bildirilsə də, Holding-dən AzadlıqRadiosuna bu məlumatı təkzib ediblər.

Müəssisədən isə AzadlıqRadiosuna kənd sakinlərinin tələbinin əsaslı olmadığı və bağlanma ilə bağlı onlara hər hansı göstəriş verilmədiyini deyiblər.
XS
SM
MD
LG