Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:32

Ağdaşda qazpulu cərmələrindən «dad» deyirlər…


-
Ağdaş rayonun Yusif Nəbiyev küçəsinin sakinləri Qaz İstismar Sahəsinin onların adına qeyri qanuni cərimələr yazdıqlarını bildirirlər. Sakinlər deyir ki, onlara hər dəfə bildirişlə işlətdikləri qazdan əlavə ödəniləcək pul gəlir.

«DEYİRLƏR SİLƏCƏYİK, AMMA SİLMİRLƏR»
Yusif Nəbiyev küçəsinin sakini Arif Məmmədov Azadlıq Radiosuna bunları deyib:
Arif Məmmədov
Arif Məmmədov
«Cərimə adı ilə artıq pul yazıblar. Amma mən nə cərimə görmüşəm, nə aktı görmüşəm, nə də heç kimi. Özləri yazıb, özləri artırıb. 2009-cu ildən isə bü günki günə qədər qazpulunun hər ay keçirdirəm. Nümayəndə gəlir, baxır, bildirişin yazır, verir aparıb ödəyirik. Amma hər dəfəsində bildirişdə ayrı-ayrı rəqəmdə borc göstərilir. Sonuncu dəfə 265 manat borc göstərilib. Gedirəm müraciət edirəm ki, mənim borcum yoxdu, bunu silin. Deyirlər siləcəyik, amma silmirlər».

«140 MANAT BORC DA MƏNƏ YAZIBLAR»
Yusif Nəbiyev küçəsinin digər sakini Fəqan Mehbalıyev də əsassız yerə cərimə olunduğundan şikayətlənir:
«Gəliblər öz başına cərimə yazıblar. Maraqlısı odur ki, gələnlərin kim olduğu, nə vaxt gəldikləri, nə vaxt cərimə yazdıqların demirlər. Sadəcə elə qəbzdə qalıq borc kimi göstərilir. 140 manat borc da mənə yazıblar. Görmüşük cəriməni o vaxt yazarlar ki, sayğaca nəsə edərsən. Nə bilim kənardan qaz keçirərsən, bunlar da bizdə yoxdur. Ümumulikdə isə bizim küçədən başqa Ağdaşın 70 faizinə əssasız cərimə yazıblar».
Fəqan Mehbalıyev
Fəqan Mehbalıyev
Ağdaş rayon Qaz İstismar Sahəsindən isə AzadlıqRadiosuna bildiriblər ki, heç bir abonentə artıq məbləğ yazılmayıb. Onların deməsinə görə, 2010 ci ilində sayğaca müdaxilə edildiyi üçün Bakıdan gələn nümayəndələr cərimə yazıblar. İdarənin bildirildiyinə görə, digər borclar abonentlər bəzən istifadə etdikləri qazın ödənişinin az etməsindən yaranıb:
«YAZILAN CƏRİMƏLƏRİN İSƏ HƏR BİRİNİN AKTI VAR Kİ...»
«Məsələn, Arif Məmmədovun 259 manat borcu var. 259 manatdan 162 manatı cərimədir. Hansı ki, 2010 ci ildə cərimələnib. Qalan 97 manat isə 2010-ci ildən bü günə qədər istifadə etdiyi qazdan qalan qalıqdır. Digər vətəndaş, Fəqan Mehbalıyevə isə 2010-cu ildə sayğca edilən müdaxiləyə görə 132 manat borc yazılıb. 26 manat isə 2010-cu ildən bu günə qədər olan qalıq borcudur. Heç kimə artıq cərimə və yaxud da artıq qazpulu yazılmayıb. Narazı olan istənilən vətəndaş indiyədək ödədikləri qəbzlərlə yaxınlaşıb, araşdıra bilər. Yazılan cərimələrin isə hər birinin aktı var ki, həmin aktda da onların şəxsi imzaları var».

XS
SM
MD
LG