Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:52

Ayağa qalxmaq üçün 28 min manat...


Foto: Arxiv
Foto: Arxiv
-
«Qaynar xətt»ə şikayət edən 45 yaşlı Rüsxarə Cumayeva 2-ci qrup əlildir. 12 yaşında avtomobil qəzası keçirib. Bu əlilliyi ona nə meydan hərəkatında, nə də Qarabağ müharibəsində könüllü iştirak etməsinə mane ola bilməyib.

«6 ildir ki, yeriyə bilmirəm. Həkimlər deyirlər ayağım kəsilməli, protez qoyulmalıdır. Çox ağır əməliyyatdır. 28 min manata başa gəlir. Mənim heç 28 manatım yoxdur. Dörd dəfə Heydər Əliyev Fonduna müraciət etmişəm. İlham Əliyevə teleqram göndərmişəm, Səhiyyə Nazirliyinə yazmışam. Hər dəfə də cavab almışam ki, imkan yoxdur. Bir sözlə, neftindən milyardlar qazanan bu boyda ölkədə mənim ayağıma protez qoymağa pul tapılmır».

OLANI-OLMAZI...

«Qızımın 12 yaşı var. Yeniyetməlik çağına qədəm qoyur. Onun üçün heç nə edə bilmirəm. Gələcəyi məni çox narahat edir, mən isə canımın hayındayam. Mənim uşağım uşaqlıq yaşamadı, yaşıdları gəlinciklə oynayanda, o, yeriyə bilməyən anasına su, yemək gətirdi. Heç olmasa, indi imkan yaratsınlar. Qızımın gələcəyi mənim sağlamlığımdan keçir».

MƏNZİL ŞƏRAİTİ

Əlil xanımın yaşadığı mənzil də şəraitsizdir sahəsi vur-tut 10 kvadratmetrdir. Deyir, olanı-olmazı içərisi dərmanlarla dolu qutulardır. Dəfələrlə Nəsimi rayon İcra Hakimiyyətinə mənzil üçün müraciət edib. Oradan da xəbər bir xəbər yoxdur.

TƏQAÜDÜ

Cəmi 40 manat əlillik pensiyası alır. «Ancaq eşitdiyimə görə, məmurlar evlərində saxladıqları heyvanlara bundan qat-qat çox pul xərcləyirlər», - deyir əlil.
Rüsxarə Cumayeva yardım istəyir. Deyir, son anda neftdən gələn gəlir barədə düşünməkdən vaz keçib, ümidi xeyirxah insanlaradır:

«Heç olmasa, ayağa qalxım, özümü idarə edə bilim. Yaşa dolduqca əlilliyim özünü daha çox göstərməyə başladı, ayaqlarım işləmir. Qızımdan başqa heç kəsim yoxdur. Nə vaxta qədər məni 12 yaşında uşaq çimizdirib, geyindirəcək?».
XS
SM
MD
LG