Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:42

Yəməndə Qərb səfirlikləri bağlanır


Yəmən paytaxtı Sanaada Britaniya səfirliyi
Yəmən paytaxtı Sanaada Britaniya səfirliyi
-

London britaniyalıları Yəməni tərk etməyə çağırıb. Böyük Britaniya bu ölkədəki səfirliyini müvəqqəti olaraq bağlamaq qərarına gəlib. Xarici İşlər Nazirliyi bildirib ki, Yaxın Şərqdə gözlənilən Əl-Qaidə basqınına görə, səfirlik iki gün müddətinə bağlı olacaq.

Nazirliyin xəbərdarlığında deyilir ki, bu müddətdə Yəmənə səfər edənləri və ya orada qalanları evakuasiya etmək mümkün olmayacaq.

Böyük Britaniya səfirliyindən başqa Almaniya və Fransa səfirlikləri də bağlı olacaq.
Britaniya XİN-nin saytında yerləşdirilən müraciətdə deyilir ki, davam edən zorakı toqquşmalarla əlaqədar Yəməndə vəziyyət mürəkkəb olaraq qalır.

Müraciətdə Yəməndə ciddi terror təhlükəsi olduğu, silahlı tayfalar, cinayətkarlar və terrorçuların qərbliləri girov götürə biləcəkləri xəbərdarlığı edilir.

KƏŞFİYYAT MƏLUMATI DAXİL OLUB

Yəmən polisi
Yəmən polisi
ABŞ rəsmiləri bildirirlər ki, aparıcı Əl-Qaidə fiqurları arasında təmaslardan Yəməndə basqın təhlükəsinin son dərəcə real olduğu görünür.

Rəsmilər deyirlər ki, Ərəb yarımadasında terror aktının planlaşdırıldığı barədə məlumatlar son həftə ərzində daxil olub, lakin mümkün hədəf hələlik bəlli deyil.
Britaniya Xarici İşlər Nazirliyi bildirir ki, müsəlmanların müqəddəs Ramazan ayı avqustun 8-də başa çatır və bu ərəfədə gərginlik artmaqdadır.

Yəməndəki səfirlikdə yalnız ən mühüm əməkdaşlar qalacaq.

Bundan bir qədər əvvəl ABŞ Dövlət Departamenti bəyan etmişdi ki, Yaxın Şərq və Şimali Afrikada terror hücumları avqustun sonunadək gözlənilir.

Vaşinqton bildirir ki, Əl-Qaidə ABŞ-ın Yaxın Şərqdəki səfirliklərinə basqın edə bilər.
Bununla belə, nəqliyyat sistemi və turist infrastrukturu da hədəf seçilə bilər.

ABŞ-ın ən yüksək rütbəli generalı Martin Dempsey deyib ki, əldə olunmuş kəşfiyyat məlumatına görə, təhlükə təkcə ABŞ-a qarşı deyil, ümumən Qərbin maraqlarına qarşı yönəlib.

«QƏDR GECƏSİ»NİN HƏYƏCANI

Ayman al-Zawahiri
Ayman al-Zawahiri
Əl-Qaidənin hazırkı lideri Ayman al-Zawahiri ötən həftə yaydığı videoda təşkilat üzvlərinin ABŞ-da məhbus kimi saxlanmasına cavab olaraq Yaxın Şərqdə Amerika maraqlarına hücumlara çağırıb.

Ekspertlərin fikrincə, bazar günü – avqustun 4-ü bu mənada xüsusi əhəmiyyətə malikdir. Çünki həmin tarix Quranın Məhəmməd peyğəmbərə nazil olduğu «Qədr gecəsinə» təsadüf edir.

Eyni zamanda ekspertlər yada salırlar ki, cihad tərəfdarları bundan əvvəl də bu günü basqınlarla qeyd etməyə çalışıblar. Məsələn, 2011-ci ilin avqustunda onlar Abucadakı BMT nümayəndəliyinə basqın edərək, azı 16 nəfərin ölümünə səbəb olmuşdular.

Məlumat üçün deyək ki, müsəlman dünyasında fərqli günlərdə qeyd olunan «Leylətül qədr» günü bu Ramazanda avqustun 2-3-nə təsadüf edib. Lakin Şimali Amerikada ayın görünməsi ilə bağlı «Qədr gecəsi» avqustun 4-nə düşür.
XS
SM
MD
LG