Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:58

Ali Akbar Salehi yenidən İranın nüvə rəsmisi oldu


Ali Akbar Salehi
Ali Akbar Salehi
-

İran prezidenti Hassan Rohani Ali Akbar Salehi-ni yenidən İranın nüvə rəsmisi təyin edib. Salehi-nin İranın nüvə proqramında təcrübəsi böyükdür. Əvvəllər o, İranın Atom Enerjisi Təşkilatının başçısı və Tehranın BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi olub.

Sabiq prezident Mahmud Ahmadinejad dövründə xarici işlər naziri işləyən Salehi nüvə eksperti və mötədil siyasətçi kimi yadda qalıb.

Ötən gün İranın mühafizəkar parlamenti prezident Rohani-nin yeni kabinetinə 15 nəfərin təyinatını təsdiqləyib, 3-dən imtina edib. Təsdiq olunmayanlar təhsil, elmi araşdırma və texnologiya, bir də idman nazirləri olub. Deputatlar namizədlərdən ikisini siyasi müxalifətlə əlaqədə olmaqda ittiham edib, üçüncünün isə təcrübəsiz olduğunu bildiriblər.

Hassan Rohani iyun ayında prezident seçilib və avqustun 4-dən səlahiyyətlərinin icrasına başlayıb.
XS
SM
MD
LG