Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:25

Elnur Aslanov «Human Rights House»a cavab verir


Elnur Aslanov
Elnur Aslanov
-
««Human Rights House» şəbəkəsinin Azərbaycandakı seçkiqabağı mühiti narahatedici kimi təqdim etməsi qərəzlidir, reallığı təhrif edir» – Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov belə deyir.

apa-nın xəbərinə görə, E.Aslanov deyib ki, MSK-da prezidentliyə namizədliyi təsdiqlənənlər, müxtəlif siyasi partiya və təşkilatlar seçkiöncəsi durumu normal qiymətləndiriblər:

««Human Rights House» şəbəkəsi isə bütün bunları nəzərə almadan, yanlış və subyektiv məlumatlar yayır».

Şöbə müdiri təşkilatı sifariş yerinə yetirməkdə ittiham edib:

«İki ay əvvəldən Azərbaycanda prezident seçkisinin saxtalaşdırılacağını elan edən qurum bununla nəinki öz qeyri-ciddiliyini və qeyri-professional fəaliyyətini, konkret sifariş yerinə yetirdiyini göstərir. Təsadüfi deyil ki, çoxsaylı erməni diaspor təşkilatları «Human Rights House»un tərəfdaşları kimi çıxış edir... Bu qurumun katibliyində maliyyə işlərinə də Saro Saroyan adlı erməniəsilli şəxs baxır».

E.Aslanov şəbəkənin Cenevrə bürosunun rəhbəri Florian Irminger-in AzadlıqRadiosuna müsahibəsini də xatırladıb:

«O deyir ki, Azərbaycanda hamı növbəti prezidentin kim olacağını bilir. F.Irminger-in diqqətinə çatdırıram ki, bu fakt seçkilərin saxtalaşdırılacağı barədə hansısa təxəyyül, illüziya məhsulu deyil, real olaraq Prezident İlham Əliyevin cəmiyyətdə yüksək reytinq göstəricisidir... Ona görə də Azərbaycanda kimin prezident olacağının indidən bilinməsində əsassız şəkildə qeyri-adi nəsə axtarmaq boş məşğuliyyət və demaqogiyadan başqa bir şey deyil».
XS
SM
MD
LG