Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:37

Cəmil Həsənli: «Biz ümidliydik ki...»


Cəmil Həsənli Milli Şuranın ssesiyasında danışarkən
Cəmil Həsənli Milli Şuranın ssesiyasında danışarkən
-
Milli Şuranın ehtiyat vahid namizədi, tarixçi alim Cəmil Həsənli AzadlıqRadiosuna müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Cəmil bəy, əvvəldən sizin də, başqalarının da adı vahid namizədliyə təklif edilmişdi. Bildiyimiz qədər siz də, digərləri də bundan imtina etmişdiz.
- Avqustun 12-də bu Milli Şuranın qapalı iclasında bu məsələ qaldırılmışdı, mən də imtina etmişdim. Biz ümidliydik ki, Rüstəm bəyin Rusiya vətəndaşlığı ilə bağlı problem həll olunacaq və o, Milli Şuranın vahid namizədi kimi seçkiyə qatılacaq. Amma vaxt daralırdı və bu məsələnin nə vaxt həll olunacağı ilə bağlı aydın təsəvvürlər və ya məlumatlar yox idi. Milli Şura çətin duruma düşmüşdü. Rüstəm bəy təkidlə xahiş edirdi ki, yeni namizəd məsələsinə baxılsın. Mənlə də söhbətlərində da xahiş edirdi ki, bu missiyanı üzərimə götürüm. Aparıcı partiyaların mövqeyini, Rüstəm bəyin xahişini, yaranmış vəziyyəti, xüsusilə Milli Şuranın üzləşdiyi çətinlikləri nəzərə alıb bu missiyanı götürdüm.
- Milli Şuranın vahid namizədi ilə bağlı üzərinə götürdüyü öhdəliklər sizə də aiddir eləmi, yoxsa hər hansı əlavə və ya dəyişiklik nəzərdə tutulur?
- Rüstəm bəyin imzaladığı sənəd bizə də aiddir. Nöqtəsinə, vergülünə qədər. Həm də Rüstəm bəyin şansı tükənməyib. Əgər son anda o, seçkiyə qatıla bilsə, Milli Şuranın namizədi Rüstəm İbrahimbəyovdur.
- Rüstəm İbrahimbəyova görə Rusiyanın dəstəyi ilə bağlı fikirlər səslənirdi. Rusiyanın və Qərbin dəstəyi barədə deyilənlər nə dərəcədə reallığa söykənir?
Cəmil Həsənli Milli Şura üzvləri arasında
Cəmil Həsənli Milli Şura üzvləri arasında
- İstər Rüstəm bəyin, istər bizim dəstəyimiz xalqdandır. Hesab edirik ki, Azərbaycan xalqı Konstitusiyanın ona verdiyi hakimiyyəti formalaşdırmaq hüququndan məhrum edilib. Təəssüf ki, məhz bu iqtidar hakimiyyətin mənbəyini ölkənin içindən onun xaricinə çıxarıb. Bizim fikrimizcə, ilk öncə dəstəyi Azərbaycan xalqından gözləmək lazımdı, hansısa xarici dövlətdən yox. Məhz Azərbaycan seçicisindən, Azərbaycan xalqından, onun siyasi aktivliyindən, mövqe nümayiş etdirməyindən gözləmək lazımdı. Son söz Azərbaycan seçicinin olmalıdır. Beynəlxalq aləm onda maraqlı olmalıdır ki, Azərbaycanda azad, demokratik və ədalətli seçki keçirilsin. Və bu seçkidə Azərbaycan xalqının seçimi qəbul olunsun. Bizim beynəlxalq aləmdən gözləntimiz budur. Beynəlxalq aləm gəlib səs verən deyil, kimisə əvəz edən deyil.
- Cəmil bəy, müdafiəsini apardığınız keçmiş nazir Fərhad Əliyevin bir açıqlaması olub. Deyib ki, Cəmil Həsənliyə hörmətim var, uzaq qohumumdu, amma mən İlham Əliyevi dəstəkləyirəm. Bu açıqlamaya münasibətinizi bilmək istərdik.
- Mən onun seçiminə hörmətlə yanaşıram.
XS
SM
MD
LG