Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:50

BMT-nin müfəttişləri Suriyada kimyəvi silah işlədildiyi güman edilən ərazidə olublar


Foto arxiv
Foto arxiv
BMT-nin müfəttişləri Suriyada kimyəvi silah işlədildiyi güman edilən əraziyə baş çəkiblər.

BMT ,müfəttişlərin getdiyi maşının bir neçə dəfə snayper atəşinə düşdüyünü deyir.İtki və ya xəsarət alanlar barədə məlumat verilmir.Suriyanın hökumət televiziyası bəyan edib ki, bunun arxasında terrorçular durur.

Müxalifət fəallarının sözlərinə görə, BMT nümayəndələri həkimlərlə görüşüblər.

Beynəlxalq sərhədsiz həkimlər təşkilatı çərşənbə günü törədilən bu hücumda 300-dən çox adamın öldüyünü deyir.

ABŞ və qərb ölkələri hesab edir ki, bunun arxasında Suriya rejimi durur.
Suriya hökuməti ittihamı rədd edir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib ki, Suriyaya istənilən hərbi müdaxilə beynəlxalq normaların kobud şəkildə pozulması olacaq.
XS
SM
MD
LG