Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:39

Kəmaləddin Heydərovla görüşə 5 min adam yazılıb- [Fotolar]


-
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov şimal-qərb bölgəsində yerləşən 10 rayonun sakinlərini qəbul edir. Görüş Zaqatalanın Əliabad kəndində baş tutub. Nazir zəlzələdən zərərçəkənləri qəbul edir.
AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, Kəmaləddin Heydərovla görüşə 5 mindən artıq şikayətçi yazılıb.

MÖVZUYLA BAĞLI VİDEOREPORTAJ AZ SONRA SƏHİFƏYƏ ƏLAVƏ EDİLƏCƏK

Görüşün keçirildiyi ərazidə izdihamdır. Hətta sıxlıq ucbatından huşunu itirənlər, ürəyi gedənlər də olur. Bir nəfər isə halı pisləşdiyi üçün təcili yardımla xəstəxanaya aparılıb. Ərazidə xeyli sayda təcili yardım və post-patrul xidməti növbə çəkir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin əsgərləri də görüş yerini mühafizə edirlər.
Müxbirlər ərazidən uzaqlaşdırılıblar.
Günün ikinci yarısında nazirin başqa şikayətçilərlə rayon mərkəzində görüşməlidir. Artıq indidən rayonda yollar bağlanıb.

XS
SM
MD
LG