Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:55

Spiker ATƏT-dən obyektiv hesabat gözləyir


Milli Məclisin sədri Oqtay Əsədov (Foto: Trend)
Milli Məclisin sədri Oqtay Əsədov (Foto: Trend)
-
«İnanırıq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə onun Parlament Assambleyası bu ilki seçki prosesi ilə bağlı obyektiv rəy hazırlayacaq».
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda prezident seçkilərinin müşahidəsi məqsədi ilə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndirici Mişel Vuazən ilə görüşdə deyib.
Spiker ötən seçkilərdə qurumun hazırladığı hesabatlarda müəyyən uyğunsuzluqların olduğunu vurğulayıb:
«İnanırıq ki, builki seçkilərdə bu kimi hallara rast gəlinməyəcək, seçki prosesi ilə əlaqədar obyektiv rəy hazırlanacaq».
Məlumata görə, Mişel Vuazən Azərbaycanda keçirilmiş dörd seçkidə müşahidəçi kimi iştirak etdiyini bildirib. O, seçki məntəqələrində şəffaflığın təmin edilməsi üçün veb-kameraların quraşdırılmasını təqdir edərək Azərbaycanın bu təcrübəsinin digər ölkələrdə tətbiqini də əhəmiyyətli hesab edib.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək. Prezidentlik uğrunda hazırkı dövlət başçısı da daxil olmaqla 10 nəfər mübarizə mübarizə aparır.
XS
SM
MD
LG