Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:41

Şimal bölgəsində sığortası kağız üzərində olanlar


İmkan Əhmədov
İmkan Əhmədov
-
“Bu evi 1998-ci ildə almışam. İlin əvvəlində bu evlər sığorta olunub. Mayda yağışlar yağdı, otaqları su basdı. İndi yaşamaq mümkün deyil. Gedirəm “Azərsığorta”ya, məsələyə heç kim baxmır”.

“AZƏRSIĞORTA"YA ÜMİDLƏRLƏ HƏYƏT-BACADA GECƏLƏYƏNLƏR
Xaçmaz rayonu, Nərəcan kəndi
Xaçmaz rayonu, Nərəcan kəndi

İmkan Əhmədov Xaçmazın Nərəcan kəndində yaşayır. Bu ilin may ayında kəndə yağan güclü yağış evi yararsız vəziyyətə salıb. Deyir, bəxtləri onda gətirib ki, bu hadisə başlarına üzü yaya doğru olan bir vaxtda gəlib. Mövsümü həyət-bacada çarpayı atıb yatmaqla yola veriblər. Bununla belə o, evi qəzalı vəziyyətə düşəndən boş oturmayıb. Evini sığortalamış “Azərsığorta”ya gedib gəlib ki, sığortalanmış evini təmir-bərpa etdirsin:
Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi
Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi
“Deyirlər 3 gün ərzində bizə müraciət etməliydin. İndi gecdir. Ancaq müqavilədə belə bir söz yazılmayıb ki, 3 gün ərzində müraciət etmək lazımdır. Mən “Azərsığorta”ya ev qəzalı vəziyyətə düşəndən 10 gün ərzində müraciət etmişəm. Sadəcə, savadsız olduğuma görə yazılı yox, şifahi”.

İmkan Əhmədovun sözlərinə görə, indi şirkət onun şifahi müraciət etdiyini əsas gətirib sığortalı evin təmirindən imtina edir. İmkan Əhmədov deyir, şirkət onun bilgisizliyindən istifadə edib. Əgər vaxtında ona yazılı müraciət etməyin vacibliyini bildirsəydilər, o da bu qədər get-gəl etməzdi, şifahi müraciətlərdənsə, bir dəfə ərizə yazıb poçtla şirkətin ünvanına yollayardı.


“DEDİLƏR, DOLU FƏLAKƏT SAYILMIR, İLDIRIM VURSAYDI"...


Şimal bölgəsində sığortadan faydalana bilməyən təkcə nərəcanlı İmkan Əhmədov deyil. Qubanın Xınalıq kəndində yaşayan Səfər Babayevin maşınını bu ilin mart ayında kəndə yağan güclü dolu yararsız vəziyyətə salıb. O da avtomobili sığortalamış bir şirkətə müraciət edib:

“Dedilər, avtomobili ildırım vursaydı, düzəltdirərdik. Ancaq dolu yağması təbii fəlakət hesab olunmadığına görə, düzəltdirmək də bizlik deyil”.

“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin hüquq şöbəsindən onlara bir daha müraciət olunmasını tövsiyə etdilər:

“O şəxs tərəfindən bizə rəsmi müraciət gəlməyib. Ona görə də heç nə deyə bilmərik. Buyursun, rəsmi müraciət etsin, araşdıraq”.

QANUN DEYİR Kİ...

Hüquqşünas Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov deyir ki, avtomobillərin sığortası ilə bağlı müraciət müddəti 3 saatdır. Daşınmaz əmlakla bağlı sığorta müddəti isə bağlanan müqavilələrdə qeyd olunur. Sığortalanan əmlak sahibi müqavilədə göstərilən müddətdə müraciət etməyibsə, bunun üçün tutarlı səbəbləri olmalıdır:

“Əgər sığorta şirkəti müştərinin əsaslandırmaları ilə razılaşmırsa, o zaman müştəri bu əsaslandırmanı hüquqi müstəviyə çıxara bilər. Məhkəmədə sübut etməlidir ki, tutaq ki, evə sel gəldi, həmin anlar başım qarışıq oldu, sığorta şirkətinə xəbər edə bilmədim. Maşın sığortası ilə bağlı yaranan problemə gəlincə, ildırım da təbiətin hadisəsidir, sığorta müqaviləsində təbii fəlakətlər müddəasına aiddir”.

Hüquqşünas deyir ki, şirkət, ildırımdan zərər çəkmiş avtomobilin təmir işlərini sözsüz öz üzərinə götürməlidir.
XS
SM
MD
LG