Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:58

Neft Şirkəti 3 milyon manatlıq kitab məsələsinə aydınlıq gətirir


Azərbaycan manatı
Azərbaycan manatı
-
Dövlət Neft Şirkəti "Partnyor" elmin inkişafına dəstək ictimai birliyinə ”Azərbaycan nefti” monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşrinə 3 milyon manat vəsait ayırılması barədə məlumatı təkzib edir.

Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev AzadlıqRadiosuna bildirib ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyinə məktub hazırlanır.

“Biz məsələni araşdırdıq , bəlli oldu ki, həqiqətə uyğun məlumat deyil. İndi bu məsələyə düzəliş olunması üçün Ədliyyyə Nazirliyinə məktub hazırlanır. Elə ola bilməz axı. Kitaba ümumilikdə nə qədər pul ayrılıb bunu hüquqşünaslar daha yaxşı bilər. Mən bu barədə məlumatsızam.”

Ədliyyə Nazirliyindən AzadlıqRadiosuna deyiblər ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra mətbuata məlumat veriləcək.

Sosial şəbəkələrdə Ədliyyə Nazirliyinin bu ilin 6 ayında ayrılan qrantların statistikası ilə bağlı məlumat yayılıb. Həmin məlumatda deyilir ki, Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin 6 ayında «Partnyor» elmin inkişafına dəstək ictimai birliyinə 4107 858 (dörd milyon yüz yeddi min səkkiz yüz əlli səkkiz) manat qrant ayırıb.

Məlumata görə, Şirkəti ilə «Partnyor» elmin inkişafına dəstək ictimai birliyi arasında bu ilin fevralında 2013-imzalanan müqavilə ilə ”Azərbaycan nefti” monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşrinə 3 milyon manat vəsait ayırılıb.
XS
SM
MD
LG