Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:35

Avropa Şurasına Azərbaycanda 142 nəfərlik siyasi məhbus siyahısı təqdim edildi


Strasburqda keçirilən aksiyadan foto.
Strasburqda keçirilən aksiyadan foto.
-

YENİ SİYASİ MƏHBUSLAR SİYAHISI - 142 NƏFƏR

İnsan Hüquqları Klubu Azərbaycanda yeni siyasi məhbuslar siyahısı hazırlayıb. Siyahı siyasi səbəblərə görə hazırda həbsdə olan və ya artıq azadlqıdan məhrum edilən 142 nəfəri əhatə edir.

Siyahıda ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlığından istifadə etdiyindən hədəfə alınan jurnalistlər, bloqçular, hüquq müdafiəçiləri, ictimai və siyasi fəallar, dini fəallar var.

Klubun hazırladığı siyahıya görə hazırda Azərbaycanda 10 jurnalist, 2 hüquq müdafiəçisi, 10 gənc fəal, 7 siyasətçi, 73 dindar həbsdədir. Tam siyahı ilə burada tanış olmaq olar.

İnsan Haqları Klubu qeyd edir ki, bu siyahını hazırlayarkən Avropa Şurası Parlament Assambleyasının kriteriyalarını əsas götürüb. Qurumun yazılı məlumatında qeyd edilir ki, onlar siyahını həmçinin Azərbaycadnakı çoxsaylı insan haqları fəalları, vəkillər, məhbusların ailə üzvləri ilə söhbət əsasında formalaşdırıb.

AŞPA-DA ETİRAZ AKSİYASI

İnsan Hüquqları Klubu siyahını Avropa Şurasında keçirilən tədbirdə açıqlayıb. Hazırda Strasburqda oktyabrın 9-da keçiriləcək prezident seçkisi ərəfəsində Azərbaycanda insan haqlarının vəziyyətinə həsr edilmiş müzakirələr keçirilir.
Strasburqda keçirilən aksiyadan foto.
Strasburqda keçirilən aksiyadan foto.

Tədbirdən qabaq Azərbaycandan və Avropanın digər ölkələrindən olan fəallar Avropa İnsan Hüquqları Məhkəməsinin qarşısında əllərini və ağızlarını bağlayaraq Azərbaycanda ciddi siyasi məhbus probleminin olduğunu göstərmək üçün aksiya keçiriblər.

Aksiya iştirakçıları siyasi səbəblərə görə həbsdə olan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundovun, Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədovun və dindar bloqçu Rəşad Ramazanovun şəkillərini nümayiş etdiriblər.

“Son iki həftə ərzində jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli siyasi motivi aydın görünən iş üzrə qaçaqmalçılıqda və silah saxlamaqda ittiham edilərək həbs edilmiş və bir həftə ərzində vəkil onunla görüşə bilməyib. “Talışi Sədo” qəzetinin baş redkatoru Hilal Məmmədov narkotik maddə saxlamaq, nifrət yaymaq və vətənə xəyanətdə ititham edilərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hakimiyyətin seçkilər ərəfəsində bütün tənqidi səsləri susdurmaq istəyi açıq şəkildə görünür” - deyə İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov bildirib.

İnsan Hüquqları Klubu Avropa Şurası Parlament Assembleyasını (AŞPA) siyasi məhbuslar üzrə yeni Xüsusi Məruzəçinin təyin edilməsi də daxil olmaqla Azərbaycanda bu məsələyə diqqətini artırmağa çağırır.

SİYAHI ARTIR

Qurum xatırladır ki, Azərbaycanın 2014-cü ilin mayında Avropa Şurası Nazirlər Komitəsində sədrliyi başlayacaq, bu da hakimiyyət üçün Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə riayət etmək məcburiyyəti yaradır: “Bu ilin yanvarında AŞPA-da siyasi mhbuslar üzrə qətnamə qəbul edilmədikdən sonra Azərbaycanda siyasi həbslərin sayı ciddi şəkildə artaraq o zamankı 60 nəfərdən 142 nəfərə qədər artıb.
Strasburqda keçirilən aksiyadan foto.
Strasburqda keçirilən aksiyadan foto.

AŞPA üzvləri Azərbaycanda olan bütün siyasi məhbusları dərhal azadlığa buraxmağa çağırmaqla ölkə hakimiyyətini Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri pozaraq ciddi pozuntulara yol verməkdən çəkindirməlidirlər” - deyə İnsan Hüquqları Klubunun İctimai Vəkillik üzrə direktoru Rebekka Vinsent deyə bildirib.

İnsan Hüquqları Klubunun təmsilçiləri İnsan Hüquqları üzrə Polşa Helsinki Fondunun, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutnun, Media Beynəlxalq Dəstək təşkilatının, Açıq Cəmiyyət İnstitutunun və Platforma London təşkilatının nümayəndələri ilə 9 oktyabr prezident seçkiləri ərəfəsində insan haqları ilə bağlı problemləri qaldırmaq üçün bu həftənin əvvəlindən Strasburqdadırlar.

Azərbaycan rəsmilərinin bu sonuncu siyahı ilə bağlı rəsmi reaksiyaları hələlik məlum deyil. Amma hakimiyyət təmsilçiləri Azərbaycanda ümumiyyətlə siyasi məhbus olmadığını deyirlər. Azərbaycan hətta, ölkədə siyasi məhbus yoxdur deyərək Avropa Şurasının siyasi məhbuslara dair məruzəçisinin bakıya səfərinə imkan verməyib.

Hakimiyyət təmsilçiləri qeyd edirlər ki, ölkədə siyasi baxışları, yaxud fikrini ifadə etdiyinə görə heç kim həbs edilmir, hazırda azadlıqdan məhrum edilmiş bəzi ictimai fəal şəxslər isə yalnız konkret törətdikləri əməllərə görə cəzalandırılıblar.
XS
SM
MD
LG