Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:41

ATƏT: Seçki beynəlxalq standartlara cavab verməyib

Avropa Parlamentinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Avropa Şurası Parlament Assambleyasının daxil olduğu Beynəlxalq Müşahidə Missiyası 9 oktyabr prezident seçkisinə dair ilkin rəyini açıqlayıb.

14:01 10.10.2013
AŞPA NÜMAYƏNDƏ HEYƏTİ: PREZİDENT ƏLİYEV SƏS ÇOXLUĞU İLƏ YENİDƏN SEÇİLİB
“Biz heç bir ciddi seçki pozuntusu müşahidə etməmişik, hətta səs sayma zamanı da məntəqələrdə olmuşuq, gördüyümüz odur ki, İlham Əliyev səs çoxluğu ilə yenidən prezident seçilib”.
Bu sözləri oktybarın 10-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamentinin müşahidə missiyasının seçkinin yekunları ilə bağlı birgə keçirdiyi mətbuat konfransında Avropa Şurası Parlament Assambleyası (AŞPA) nümayəndə heyətinin rəhbəri Robert Volter deyib.
Bəzi namizədlərin seçkinin nəticələrini tanımamsına ilə bağlı suala Robert Volter belə cavab verib: Uğursuz namizələrin nəticəni qəbul etməməsi siyasi məsələdir və bunun onların özlərindən soruşun.
Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlakki də seçki ilə bağlı fikirlərini açıqlayıb:
“Biz Azərbaycana dərs keçməyə, demokratik inkişafın dərinliyini ölçməyə gəlməmişik, əksinə demokratiyaya doğru təkidi dəyərləndirmək istəyirik. Biz Azərbaycan xalqını seçki günü dinc seçki kampaniyası keçirilməsi münasibəti ilə təbrik edirik. Azad, ədalətli və şəffaf seçki prosesi gedib. Biz seçki məntəqələri ətrafında heç bir qorxudulma hallarına rast gəlmədik, seçki məntəqələrində polislər yox idi”.
Bununla yanaşı, P. Arlakki qeyd edib ki, əsas azadlıqlara dair sahələrdə tərəqqiyə ehtiyac var. O, Azərbaycan hakimiyyətini tövsiyələrə diqqətlə yanaşmağa çağırıb.
AŞPA və AP müşahidəçilərinin yekun hesabatı yaxın həftələrdə təqdim ediləcək.
11:56 10.10.2013
Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası da bu gün saat 1-də mətbuat konfransı keçirir.

2010-cu il parlament seçkilərində Avropa Parlamenti və AŞPA Beynəlxalq Müşahidə Missiyasının tərkibi olaraq mətbuat konfransına qatılmış, missiyanın adından bir bəyanat yayılmışdı.
11:37 10.10.2013
Avropa Parlamentinin Seçki Müşahidə Missiyası bu gün saat 1-də mətbuat konfransı keçirir. Xəbəri Avropa Birliyinin Bakıdakı nümayəndəliyi yayıb.
Bu gün Avropa Parlamentinin, ATƏT-in demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Avropa Şurası Parlament Assambleyasının daxil olduğu Beynəlxalq Müşahidə Missiyası saat 14.30-da, 9 oktyabr prezident seçkisinə dair ilkin rəyini açıqlayacaq.
Bundan əvvəlki seçkilərdə beynəlxalq müşahidə missiyasının tərkibində fikir ayrılıqları barədə beynəlxalq mediada və hesabatlarda fikirlər yer alıb.
XS
SM
MD
LG