Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:35

Lənkəranda Mikayıl Cabbarovu gözləyirdilər, amma...


Mikayıl Cabbarov
Mikayıl Cabbarov
-
Təhsil naziri Mikayıl Cabbarovun Lənkəranda vətəndaşları qəbul edəcəyi barədə neçə vaxtdan bəri yayılan xəbərlər bu dəfə də özünü doğrultmayıb.

Oktyabrın 19-da nazirin qəbuluna gələnlər onu görməyiblər. Şikayətçiləri nazir müavini Ceyhun Bayramov qəbul edib.

Nazirin geriyə - Bakıya prezidentin andiçmə mərasiminə çağırıldığı bildirilib.

Lənkərandakı Heydər Əliyev Mərkəzində keçirilən qəbula 6 rayondan 200-ə yaxın adam təşrif buyurub. Bir çox şikayətçi nazirin olmadığını görüb geri qayıdıb.

Astara rayonunun Ərçivan kənd sakini Vaqif Məmmədov deyir ki, onları aldadıblar.

«Nazir gedibsə, qəbul da dayandırılmalı idi. Mənim şikayətim nazirədir, müavinə yox. Əminəm ki, şikayəti müavinə etsəm, heç bir səmərəsi olmayacaq» - deyə şikayətçi bildirib.
XS
SM
MD
LG