Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Hitler Argentinaya necə qaçdı? (Yeni kitab)


Amerika ləşfiyyatı Hitlerin bu posteri 1944-cü ildə hazırlayıb ki, qaçıb aradan çıxarsa Hitler necə maskalana bilər.
Amerika ləşfiyyatı Hitlerin bu posteri 1944-cü ildə hazırlayıb ki, qaçıb aradan çıxarsa Hitler necə maskalana bilər.

-

"OxuZalı"nda ən çox oxunan


"Bunkerdə “intihar etmiş” Hitler əslində nasist liderinin öldürülmüş oxşarı olub. Sianid içən Eva Braun rolunu isə aktrisa oynayıb. O, bunkerə aprelin 27-də gətirilib”.


Nasist lideri Adolf Hitler və onun arvadı Eva Braun heç də intihar etməyiblər. Onlar gizləndikləri bunkerdən qaça biliblər və müharibədən sonra Argentinada yaşayıblar. İki qızları da dünyaya gəlib.

Bu, Amerikada nəşr olunan ‘Grey Wolf: The Escape Of Adolf’ (Boz qurd. Adolfun qaçışı) kitabında iddia edilir.

Kitabın müəllifləri britaniyalı yazarlar Gerrard Williams və Simon Dunstan iddia edirlər ki, Hitlerin 1945-ci il aprelin 30-dakı intiharı kimi təsvir edilən hadisə əslində qurama olub. Hitlerin əvəzində onun oxşarı öldürülüb, Eva Braunun sianid içməsi də yalandır.

BUNKERDƏ AKTRİSA?

Kitabda iddia edilənlərə rəğmən, Hitlerin meyitini intihardan sonra gördüyünü deyənlər var.

Bu, hazırda 94 yaşı olan Rochus Misch-dir. O, Hitıerin radisti olub və aprelin 30-nu belə xatırlayır:

“Hitler özünü öldürəndə mən qonşu otaqda idim. Düzdür, güllə səsini eşitmədim, amma onun qapı açılanda tapılan meyitini gözlərimlə gördüm. Hitlerin başı masanın üstünə əyilmişdi. Eva Braunun isə divanın bir küncündə ölüb qadığını gördüm. Üzü Hitlerə tərəf idi, dizlərini sinəsinə yığmışdı”.

Eva Braun
Eva Braun


Tarixçilər onun dediklərini etibarlı mənbə sayırlar. Bundan başqa Hitler ailəsinin həkimi də tapılan meyitlərin alt çənə dişlərinə əsasən nasist lideri və onun arvadına məxsus olduğunu təsdiqləyib.

“Boz qurd” kitabında isə iddia edilir ki, “intihar etmiş Hitler” əslində Hitlerin öldürülmüş oxşarı olub. Sianid içən Eva Braun rolunu isə aktrisa oynayıb. O, bunkerə aprelin 27-də gətirilib.

QƏRBLƏ SÖVDƏLƏŞMƏ VERSİYASI

Hitlerin özünü öldürməsinə Stalin də ilk öncə inanmamışdı. Hətta sovet kəşfiyyatının xüsusi bölməsi olan “SMERŞ” bunkeri ələ keçirib iki yanmış meyit tapandan sonra bunların Hitler və Eva Braunun meyiti olması xəbəri dərhal yayılmamışdı.

Stalinin müharibədən sonra Amerika liderləri ilə görüşündə bu şübhələrini dilə gətirməsi də faktdır.

Yeni kitabda iddia edilir ki, Hitlerin faşist Argentinasına qaçmasında və onun orada gizli həyat yaşamasında Qərb kəşfiyyatının əli olub. Səbəb? Hitlerin qaçışı əvəzində nasistlərin silah texnologiyalarının Qərbə ötürülməsi haqda sövdələşmə. (Bu texnologiyalar o dövrdə elə yüksək səviyyədə idi ki, məsələn, Qırmızı ordunun qənimət kimi ələ keçirdiyi və sovet mühəndislərinin söküb sirlərini öyrəndiyi alman raketləri indi dünyada ən öncüllərdən sayılan rus raketlərinin “babası” hesab olunur).

“Boz qurd”un müəllifləri Argentinada da olublar və Hitleri 45-ci ildən sonra gördüyünü deyən adamlardan müsahibələr alıblar.

Müəliflərdən biri - Williams deyir ki, indi Argentina artıq demokratik ölkə olduğu üçün həqiqəti gizlətmək mümkün deyil.

ABŞ - "Stars and Stripes" hərbi qəzeti Hitlerin öldüyünü yazır, 2 may 1945
ABŞ - "Stars and Stripes" hərbi qəzeti Hitlerin öldüyünü yazır, 2 may 1945


“Amma bununla belə şahidlərdən ikisi kitab üçün material topladığımız zaman bizimlə əməkdaşlıq etdikləri üçün naməlum şəxslər tərəfindən ölümlə hədələnmişdi”.

"MƏN HİTLERİ TANIDIM"

Kitabda Hitleri Argentinaya apardığını deyən pilotun fikirləri də yer alıb.

2-ci Dünya Müharibəsindən sonra Argentinaya o qədər nasist qaçıb ki, orada ayrıca anklav kimi yaşamağa başlayıblar.

Hitlerin də bu ölkəyə qaçması əslində yeni iddia deyil. Burada hətta onun Argentinada çəkilmiş qocalıq şəkilləri olduğu deyilən fotolar da yer alıb.

Bu reportajda isə Hitlerə Argentinadakı bir oteldə xidmət etdiyini deyən qadın danışır: “Bizə dedilər ki, çox mühüm bir qonaq gəlib. Mən Hitleri tanıdım. Bizə xəbərdarlıq etdilər ki, kim bunu dilindən qaçırsa, işini itirəcək”.

Yeni kitabda Hitlerin And dağlarının ətəklərində, gözəl təbiəti olan ərazidə meşənin və təhlükəsizlik orqanlarının qoruduğu bir evdə sakit həyat yaşadığı və 73 yaşında öz əcəliylə öldüyü deyilir.

Amma yeni kitaba münasibət bildirən bəzi tarixçilər bunu “heç bir əsası olmayan, ikinci dərəcəli dəlillərə istinad edən” fərziyyə adlandırıblar.

Britaniya mətbuatının materialları əsasında oxuzali.az

XS
SM
MD
LG