Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:41

Taleh Bağırzadəyə 2 il iş kəsildi


Taleh Bağırzadə
Taleh Bağırzadə
-
Noyabrın 1-də ilahiyyatçı alim Taleh Bağırzadəyə 2 il iş kəsilib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımlı məlumat verib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Anar Qasımlı: «Mən deyirdim ki, hakim bir az cəsarətli olsa, heç olmasa, 2 il cəza verər. Cəsarəti varmış. Təbii ki, qanunsuz bir hökmdür. Azərbaycan məhkəmə tarixində tamamilə ədalətsiz, qanunsuz hökm kimi tarixə düşəcək».

Anar Qasımlı apelyasiya şikayətinin veriləcəyini deyir.

Taleh Bağırzadə martın 31-də həbsə edilib. Qanunsuz narkotik maddə saxlamaqda ittiham olunur. Özü ittihamı qəbul etmir, hakimiyyəti pislədiyi üçün həbs edildiyini bildirir.
XS
SM
MD
LG