Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:42

Rusiyada «Bəsdir, Qafqazı yedirtdik» deyənlər 71%-ə çatıb


Moskvada iş icazəsinə görə növbəyə duran miqrantlar
Moskvada iş icazəsinə görə növbəyə duran miqrantlar
-
Rusiyaya miqrant işçilər gəlməlidirmi? Levada mərkəzinin bu sualına rəyi soruşulanların 14 faizi “hə” deyib, 78 faizi isə hesab edir ki, hökumət bu axını məhdudlaşdırmalıdır.

2008-ci ildəki sorğuda miqrantların gəlişinə pis baxanlar, bunu məhdudlaşdıraq istəyənlər 52 faiz idi.

Sorğuda başqa sual belə olub ki, Rusiya ərazisində kimlərin yaşamasını məhdudlaşdırmaq lazımdır?

Cavablar belə bölünüb:

Qafqazdan çıxanların – 54%
Çinlilərin – 45%
Orta Asiya respublikalarından olanların – 45%
...
Siz yaşadığınız şəhərdə, rayonda milli gərginlik varmı?
Bu suala respondentlər belə cavab verib:

Var - 10%
Yəqin ki, var – 33 %
Yəqin ki, yoxdur- 39 %
Yoxdur – 13 %.

2005-ci ildəki sorğu ilə müqayisədə gərginlik olduğuna əmin olanlar 2 dəfə artıb.

ÖLKƏDƏN QOVMALI !

Qanunsuz miqrantla nə etməli?

Leqallaşdırmaq, iş tapmağa kömək etmək – 15 %
Ölkədən qovmaq – 73 %.

2006-cı ildəki sorğuda kömək etməyi deyənlər 31 %, ölkədən qovmağa tərəfdar olanlar 53 % idi.

RUSİYA RUSLAR ÜÇÜN

“Rusiya ruslar üçün!” ideyasına necə baxırsınız?

Dəstəkləyirəm, bunu çoxdan etmək lazımdır – 23 %
Reallaşdırmaq pis olmazdı, ancaq müəyyən məhdudiyyətlər çərçivəsində - 43%
Pis baxıram, bu, əsil faşizmdir - 19 %

2002-ci ildə “Rusiya ruslar üçün” ideyasını dəstəkləyən 17 % idi. 28 % buna pis baxırdı.

“Bəsdir, Qafqazı yedirtdik” – şüarını dəstəkləyirsinizmi?

Qəti şəkildə dəstəkləyirəm – 35 %
Yəqin ki, dəstəkləyirəm – 36 %
Yəqin ki, dəstəkləmirəm – 15 %
Qəti şəkildə əleyhinəyəm – 3 %

2011-ci ildəki sorğuda bu şüarı qəti şəkildə dəstəkləyən 28 % idi.

QANLI TOQQUŞMA

Rusiyada milli zəmində qanlı toqquşma ola bilərmi?

Tamamilə mümkündür – 17 %
Yəqin ki, mümkündür – 45 %
Yəqin ki, mümkün deyil – 24 %
Ola bilməz – 5 %

2002-ci ildə qəti şəkildə “ola bilməz!” deyənlər 12 % idi.

Başqa millətdən olanlara düşmənçilik hiss edirsinizmi?

Tez-tez – 6 %
Demək olar ki, tez-tez – 14 %
Nadir hallarda - 39%
Heç vaxt – 37 %

Sizin şəhərə və ya regiona miqrantların gəlib daimi yaşaması məhdudlşadırılmalıdırmı? Bu fikrə necə baxırsınız?

Qəti şəkildə lehinəyəm – 28 %
Daha çox lehinəyəm – 35 %
Daha çox əleyhinəyəm - 20 %
Qəti şəkildə əleyhinəyəm – 7 %
XS
SM
MD
LG