Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:30

Sünni və şiələr arasında gərginlik varmı?


İraqda Aşura mərasimləri
İraqda Aşura mərasimləri
Pew Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, sünji və şiələrin yan-yana yaşadığı bəzi müsəlman dövlətlərində məzhəblər arası gərginlik olsa da, Azərbaycanda bu təhlükə yoxdur.

Mərkəz Azərbaycan, İran, İraq, Livan və Əfqanıstanda 5 minə yaxın müsəlmanı danışdırıb.

Bu ölkələrdən İranda şiələr bütün müsəlmanların 90-95, Azərbaycanda 65-75, İraqda 65-70, Livanda 45-55 və Əfqanıstanda 10-15 faizini təşkil edir.
Sorğuda məqsəd məzhəblər arası münaqişənin olub-olmadığı və varsa, səbəblərini ortaya çıxarmaq olub.

MƏZHƏBLƏRARASI GƏRGİNLİK VƏ RADİKALLIQ

Sorğuda ilk sual radikal qruplar və məzhəblər arası gərginliklə bağlı olub. Livanda rəyi soruşulanların 67, İraqda 53, Əfqanıstanda 44, İranda isə 23 faizi ciddi şəkildə bu cür problemlərinin olduğunu düşünür.

Azərbaycanda isə müsəlmanların 98-i nə məzhəblər arası gərginlikdən, nə də radikallardan şikayətçidir.

DİNİ ESKTREMİZM

Pew Araşdırmalar Mərkəzini maraqlandıran növbəti məsələ radikal dindarlar və dini esktremizm olub.

İraq və Əfqanıstandakı müsəlmanların 2/3-si, Livandakıların yarısı və İrandakıların da 1/4-i radikal dini qrupların varlığından şikayətlənirlər.

Azərbaycanda isə müsəlman əhalinin ancaq 6 faizi radikallardanşikayət edir, şikayət edənlərin yarısı şiələr, yarısı da sünnilərdir.

DİNİ ETİQAD AZADLIĞI

Maraqlıdır ki, sorğunun keçirildiyi ölkələrdə dini etiqad azadlığının durumu haqda fikirlər müsəlmanlar inanclarından asılı olaraq dəyişir. Ümumilikdə, region ölkələrində şiələr mövcu durumdan əsasən razı, sünnilər isə bir qədər narazı görünürlər.

Livanda bütün müsəlmanların 90, İranda 84, Əfqanıstanda 72, İraqda isə cəmi 48 faizi istədikləri kimi dinə etiqad edə bildiklərini deyir.

Azərbaycanda isə dini etiqad azadlığının durumu hər 10 müsəlmandan 7-ni qane edir. Məsələn, Azərbaycandakı hər 10 şiədən 7-si, 10 sünnidən 6-sı razı, digərləri narazıdır.

İSLAMIN TƏMƏL PRİNSİPLƏRİ

Sorğuda ortaya çıxan başqa bir məqamsa odur ki, əslində bu 5 ölkədə sünnilər və şiələr inancları arasında fərq olmadığını özləri də anlayır. Bu ölkələrdə müsəlmanların hamısı Allaha və Məhəmməd peyğəmbərə, hər 10 müsəlmandan azı 9-u cənnət və cəhənnəmə, mələklərə və alın yazısına inanır.

Konkret olaraq Azərbaycanda müsəlmanların 98 faizi Allah və peyğəmbərə, 92 faizi Cənnətə, 91 faizi Cəhənnəmə, 95 faizi mələklərə, 94 faizi alın yazısına inanır.

MÜSƏLMANLAR ARASINDA FƏRQLƏR:

DİNİN ROLU

Pew Araşdırmalar Mərkəzinin keçirdiyi soröuda müsəlmanlar arasındakı fərqlə və fikir ayrılıqları da görünür. Ancaq bu fikir ayrılıqları heç də həmişə məzhəblə bağlı yox, bilavasitə ölkə ilə də bağlıdır.
Məsələn, Əfqanıstandakı müsəlmanların 92, İraqda 83, İranda 81, Livanda 59, Azərbaycanda 45 faizini həyatında vacib element hesab edir.

ORUC TUTMAQ

İraqda müsəlmanların 95, Əfqanıstanda 94, Livanda 88, İranda 83, Azərbaycanda isə 45 faizi Ramazanda oruc tutduğunu deyir.

ZİYARƏTGAHLAR VƏ MÜQƏDDƏSLƏRƏ İNAM

Şiə və sünni məzhəbləri arasındakı tək fərq isə sorğuda ziyarətgahlar və müqəddəslərə inamla bağlı ortaya çıxır. Məsələn İraqda, İranda, Əfqanıstanda şiələrindemək olar ki hamısı, sünnilərin ancaq bir qismi müqəddəslərin qəbirlərini ziyarət etməyi normal sayır. Amma Livan və Azərbaycanda bu məsələdə də məzhəbə görə fərq çox azdır. Məsələn, Livanda sünni də şiə də, bu sualla bağlı eyni cavabı verir, Azərbaycanda isə şiələrin ancaq 7, sünnilərin isə 14 faizi bunu qəbul etmir və İslama uyğun saymır.

ÖLÜLƏRDƏN YARDIM ÜÇÜN DUA

Sorğuda ortaya çıxan bir fərq də ölən əcdadlarına və müqəddəslərə yardım üçün dua etmək təcrübəsi ilə bağlıdır. İraq və Əfqanıstanda şiələrin 44 faizi bunu normal sayır, Livanda ancaq 28, Azərbaycan 20, İranda isə 7 faizi ölülərdən yardım istəyir.
Müqayisə üçün, bu təcrübə eyni ölkələrdəki sünni müsəlmanlar arasında qəbul olunmur.

SORĞU NECƏ KEÇİRİLİB

Azərbaycanda üzbəüz sorğu 996 nəfər arasında aparılıb, onlardan 143-ü özünü sünni, 373-ü isə şiə kimi təqdim edib. Sorğu 2011-ci ildə keçirilib, təxminən 1 il boyu, və 18 yaşdan yuxarı olanlar iştirak ediblər. Eyni qaydaya digər ölkələrdə də riayət olunub. Sadəcə İranda sorğu üzbəüz aparılmayıb.
XS
SM
MD
LG