Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:39

Rafiq Tağının ailəsi İlham Əliyevə səsləndi: «Xahiş edirik bizi...»


-
2011-ci il noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan, bir neçə gün sonra isə xəstəxanada ölən yazıçı, publisist Rafiq Tağının ailəsi Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətdə yazıçının xəstəxanada ölməsi "öldürülməsi" kimi ifadə edilib:

"2 il vaxt keçməsinə baxmayaraq bu qətl cinayətini araşdırmağa borclu olan istintaq orqanı faktiki olaraq heç bir səmərəli addım atmamış, nəticədə xüsusilə ağır cinayətin üstü açılmamışdır. Baş Prokurorluq bu cinayətin üstünün açılmasında maraqlı deyil. Dəfələrlə şikayətlər və vəsatətlər versək də heç bir səmərəsi olmamış, hətta məhkəmələr də şikayətlərimizi icraata qəbul etməkdən imtina etmişlər. Yüksək vəzifəli şəxslərin qəbulunda dəfələrlə olmağımıza baxmayaraq cinayətin üstünün açılması üçün heç bir səmərəli addım atılmamışdır. Istintaq orqanı video müşahidə kameralarının lent yazılarını və telefon danışıqlarının lokalizasiyasını bizdən gizlədir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq həmin sübutları bizə təqdim etmir".
Mailə Tağıyev, Rafiq Tağının həyat yoldaşı
Mailə Tağıyev, Rafiq Tağının həyat yoldaşı

Yazıçının ailəsi xahiş edir ki, prezident onları qəbul edib dinləsin:

"Əvvəlcədən Sizə dərin təşəkkürümüzü bildiririk. Hörmətlə Rafiq Tağının ailəsi adından Tağıyeva Mailə Bulud qızı."

Rafiq Tağı xəstəxanada yatarkən bildirmişdi ki, dini fanatiklər tərəfindən bıçaqlandığını güman edir, İrandakı islamçı rejimi tənqid etdiyi üçün.
XS
SM
MD
LG