Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:36

“E” hərfi işlədilmədən yazılmış roman...


Gadsby (amazon.com)
Gadsby (amazon.com)
-

Yazılması müşkül əsərlər


1. Amerika yazıçısı Ernest Vincent Wright-in (1872 – 1939) “Gadsby” romanı dünya ədəbiyyatında yazılması ən müşkül romanlardan biri sayılır. Müəllif əsəri yazarkən qarşısına “e” hərfi işlətməmək kimi məqsəd qoymuşdu.

Yazıçı sübut etmək istəyirdi ki, hətta belə ciddi maneəni də aşıb ortaya yaxşı əsər qoymaq olar. Wright “e”nin mətnə təsadüfən düşməsini önləmək üçün makinəsindən həmin hərfi çıxarmışdı. Bundan sonra öz söz ehtiyatını sınağa çəkərək romanı yazmağa başlamışdı.

Sevgi romanı yazsa da, o, hətta "bride" (gəlin), "wedding" (toy) kimi kəlmələri də işlətmir. O, toyu “a grand church ritual" (kilsədəki təntənəli mərasim) kimi təsvir edir.

Yazıçı “e”siz kitab yazacağını elan edəndə buna “mümkün olan iş deyil” deyə reaksiya verənlər də olmuşdu. Wright kitabın ön sözündə “mümkün olmayan gerçəkləşdi” yazır.

Amma o, kitabın uğuruna sevinə bilmir, çünki elə kitab çıxan il vəfat edir.

(ardı var)
XS
SM
MD
LG