Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:53

"Qanun" nəşriyyatı Vergilər Nazirliyini məhkəməyə verib


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu
-

Dekabrın 10-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Qanun” nəşriyyatının Vergilər Nazirliyinin Vergi Auditi Departamentinə qarşı iddia ərizəsi üzrə hazırlıq iclası keçirilib.

Vergilər Nazirliyinin Vergi Auditi Departamenti noyabrın 1-də “Qanun” nəşriyyatında yoxlama aparıb.

Yoxlama zamanı nazirliyin əməkdaşları nəşriyyatdan sənədlər, əlyazmaları və kompüterlər götürüblər.

Nəşriyyat fəaliyyətinə bir günlük ara verməli olub. Sonradan “Qanun” fəaliyyətini bərpa etsə də, sənədlər və avadanlıqlar geri qaytarılmayıb.

“Media forum” saytına danışan “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirib ki, hazırlıq iclasında məhkəmə prosesi dekabrın 17-nə təyin olunub:

“Biz vergi yoxlaması adı altında nəşriyyata edilən hücumdan, aparılan axtarışdan və qanunsuz olaraq sənədlərin götürülməsindən şikayət etmişik. Bu etirazı da əsaslandırdıq. Məhkəmə prosesinin gedişində biz Vergi Auditi Departamenti əməkdaşlarının zorakı hərəkətləri ilə bağlı əlavə sübutlar ortaya qoyacağıq.

Hazırlıq iclasında Vergi Auditi Departamentinin hüquqşünası və vəkili də iştirak edirdi”.

"Media forum"
XS
SM
MD
LG