Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:31

«Sirlər xəzinəsi» özbək dilində təqdim olunub


Nizami Gəncəvi
Nizami Gəncəvi
-
Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsərinin özbək dilinə çevrilmiş (“Maxzan-ul-Asror") kitabının təqdimat mərasimi keçirilib.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Təqdimat mərasimi Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub. Tədbirdə ölkənin tanınmış elm və mədəniyyət xadimləri, Daşkənd ali məktəblərinin tələbələri iştirak ediblər.

Mərasimdə Nizami yaradıcılığına dair qısa sənədli film, eləcə də, Nizami Gəncəvinin əsərlərindən çəkilmiş miniatürlər nümayiş etdirilib.

"Maxzan-ul-Asror" Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və maliyyə dəstəyi ilə çap olunub.

Kitabın tərcüməçisi Olimcan Buriyev, önsözün müəllifi akademik Əziz Kayumovdur.

Kitab Özbəkistanın aparıcı kitabxanalarına, elmi tədqiqat və təhsil müəssisələrinə hədiyyə veriləcək.
XS
SM
MD
LG