Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:35

Ruhları yaşadan ölüm


Vaqif Mustafazadə
Vaqif Mustafazadə
-
1979-cu il dekabrın 16-da Daşkənddə Azərbaycan cazının ulduzu Vaqif Mustafazadəni qəfil ölüm yaxaladı.

Elə konsert zalında – piano başındaca “Əzizəni gözlərkən”i ifa edən Vaqif dünyayla vidalaşdı və Bakıya gətirildi.

Vaqif Mustafazadənin pianosu
Vaqif Mustafazadənin pianosu
Martın 16-da doğulan ünlü cazmen elə o gün, amma 39 il sonra öldü.

40 yaşın tamamına üçcə ay qalırdı...

Zatən bu ruhla, bu ürəklə Vaqifin elə bu yaşa çatmasının özü böyük hünər idi!

Dəmir barmaqlıqlar arasında, aramsız qadağalar caynağında, bir udum təmiz hava həsrətində daha nə qədər yaşamaq olardı ki?

Vaqif ölümüylə də öz gücünü hələ tam itirməyən Şər İmperiyasına bir zərbə vurdu.

Bu zərbələri imperiya, zaman-zaman, saysız sənət adamından da almışdı.

Və bəlkə də həmin zərbələrdən yıxıldı Şər İmperiyası.

Kütlə adamına – zombiyə çevirmək istədiyi sənət adamının ahı tutmuşdu sovetləri.

Vaqif Mustafazadə
Vaqif Mustafazadə
Vaqifin ölümündən 10 il sonra silkələnməyə başlayan sovetləri.

Bu gün – 16 dekabr köləyə, kütləyə çevrilmək istəməyən, Şərə yenilməyən ruhların xatirə günüdür.

Hansı ölkədə yaşasaq da, necə-nəyə və nə vaxt etiraz bildirsək də, Şərə öz varlığı və yaradıcılığı, əməli və prinsipləriylə meydan oxuyan ölməz ruhları yad edək!

Vaqif Mustafazadəni xatırlayaq!

Cəmi 39 yaşında dünyadan gedən sənətkarımıza “Ruhun şad olsun!” söyləyək...
XS
SM
MD
LG