Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:39

Anar Məmmədli həbs olundu- [Video]


Anar Məmmədli həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Anar Məmmədli həbs olundu

-
«Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib»- bunu AzadlıqRadiosuna Mərkəzin icraçı direktoru Bəşir Süleymanlı bildirib.

Onun sözlərinə görə, Anar Məmmədli dekabrın 16-da, saat 5-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Bəşir Süleymanlı deyir ki, o da Anar Məmmədli ilə birlikdə olub.

«Mən sorğu- sual edildikdən sonra buraxıldım, Anar Məmmədli ilə isə dindirmə davam edib.Daha sonra Şöhrət adlı bir vəkil mənə zəng edərək, bildirdi ki, Anar Məmmədli Nəsimi məhkəməsinə, oradan isə Nərimanov polis idarəsinə aparıblar».

Nərimanov Polis İdarəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna deyilib ki, bura Anar Məmmədli adlı adam gətirilməyib.

Anar_video

Həbs edilmiş SMDT rəhbəri Anar Məmmədlinin AzadlıqRadiosunun «İşdən Sonra» verilişinə müsahibəsi. Anar Məmmədli «SMDT-yə cinayət işi niyə açılır?» sualına cavab verir, hadisələrin xronologiyası haqda danışır. Müsahibə 1 noyabr 2013-cü ildə efirə gedib:


Anar Məmmədliyə dövlət tərəfindən tutalan vəkilin telefonunasa zəng çatmır.

Məhkəmədən APA-ya verilən məlumata görə, A. Məmmədli Cinayət Məcəlləsinin 192.2.2- ci maddəsi ilə (qanunsuz sahibkarlıq fəaliyyəti) ilə ittiham olunur.

ABŞ DÖVLƏT DEPARTAMENTİ SMDT-yə İSTİNAD ETMİŞDİ...

ABŞ Dövlət Departamenti Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisi ilə bağlı bəyanatla çıxış etmiş, SMDT-nin hesabatına istinad vermişdi. Dövlət Departamenti prezident seçkilərindəki çatışmazlıqları belə qeyd edirdi:
«Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi kimi başqa etibarlı qeyri-hökumət təşkilatları da seçkidə ciddi problemləri qeydə alıb. Bu problemləri əsasən aşağıdakı şəkildə ümumiləşdirmək olar:
1. Seçki qutularının topa-topa bülletenlərlə doldurulması,
2. Səslərin sayılması zamanı ciddi problemlər,
3. Verilmiş səslərin düzgün sənədləşdirilməməsi».

ANAR MƏMMƏDLİNİN AZADLIQRADİOSUNA VERDİYİ MÜSAHİBƏ - AUDİO


BRİTANİYA RƏSMİLƏRİNİN SƏFƏRİ ƏRƏFƏSİNDƏ HƏBS

William Hague
William Hague
Seçki eksperti Anar Məmmədlinin həbsi Britaniyanın xarici işlər naziri William Hague və başqa dövlət rəsmilərinin Azərbaycana səfəri ərəfəsinə təsadüf edir.

Azərbaycanlı və beynəlxalq ictimai fəallar Böyük Britaniyanın xarici işlər naziri William Hague-in Bakıdakı görüşləri zamanı insan haqları məsələsini qaldırması üçün sosial media kampaniyasına başlamışdılar.

Dekabrın 17-də Bakıya gələcək Hague “Şahdəniz” layihəsinin ikinci mərhələsinin son investisiya qərarının qəbul olunması mərasimində iştirak etməlidir. Həmin gün onun prezident İlham Əliyevlə də görüşü planlaşdırılıb.

SMDT

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin seçki müşahidəçiliyi:

Yerli müşahidəçilik:
SMDT-nin üzvləri indiyədək Azərbaycan Respublikasında keçirilən 12 seçkini (əlavə və təkrar parlament seçkiləri, referendum, parlament, prezident və bələdiyyə seçkilərini) müşahidə ediblər. Bu seçkilər dövründə 10000 nəfərdən artıq könüllü müşahidəçiyə 600-ə yaxın təlim keçirilib və onların seçki komissiyalarında akkreditə olunmaları üçün hüquqi-texniki yardım göstərilib.
Beynəlxalq müşahidəçilik:
SMDT ATƏT-ə üzv 17 ölkədən 22 QHT-ni birləşdirən Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsinin (ENEMO) üzvüdür. İndiyədək SMDT-nin 360 nəfərdən artıq üzvü ENEMO-nun təşkilatçılığı ilə Beynəlxalq Seçki Müşahidə Missiyalarında iştirak edib. SMDT üzvləri ENEMO və ATƏT/DTİHB-nin Beynəlxalq Müşahidə Missiyaları çərçivəsində Albaniya, Belarus, Norveç, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan, Kosovo, Moldova və Ukraynada keçirilən seçkiləri müşahidə ediblər.
Qeyd edək ki, oktyabrın 31-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) ofisində yoxlamalar aparılıb, kompüterlərə baxılıb.
Baş Prokurorluq Mərkəzin fəaliyyətində pozuntular aşkar etdiyini bildirir.

Təşkilatsa bildirir ki, onlar hər zaman hesabtlı və şəffaf işləyiblər.

Təşkilatın donorları arasında Frifrix Ebert Fondu, ATƏT-in Bakı Ofisi, German Marşal Fondu (ABŞ), Demokratiyanı Milli Himayə Fondu (ABŞ), Milli Demokratiya Institutu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Kanada və Britaniya hökumətləri var.

«ANAR MƏMMƏDLİNİN HƏBSİ DÜNYAYA MEYDAN OXUMAQDI»

Hüquqşünas İntiqam Əliyev deyir ki, Anar Məmmədli seçkilərdə obyektiv mövqe tutduğuna görə həbs edilib:

«2008-ci ildə uzun dava- dalaşdan sonra Anar Məmmədlinin təşkilatını qeydiyyata almışdılar və prezident seçkiləri ərəfəsində təşkilatın qeydiyyatı ləğv edildi. Elə o zaman Anar Məmmədliyə xəbərdarlıq edilmişdi. 2013-cü ildə prezident seçkiləriylə bağlı dünyaya SMDT-nin yayılmış olduğu hesabatı hakimiyyətin səbr kasasını doldurdu. İnsanları həbslə qorxutmaq istəyirlər. Amma bu mümkün deyil».

İntiqam Əliyev
İntiqam Əliyev
Hüquqşünasın fikrincə Britaniyanın xarici işlər naziri William Hague-nin Azərbaycana səfəri ərəfəsində Anar Məmmədlini həbs etmək hakimiyyətin isterika içərisində olduğunun göstəricisidir:

«Yerli və beynəlxalq arenada nüfuzlu təşkilatın sədrini həbs etmək dünyaya meydan oxumaqdı. Amma əslində bu həbsin arxasında hakimiyyətin qorxusu dayanıb. Bundan əlavə hökumət çox ciddi iqtisadi böhranlarla üzləşib. Hakimiyyətin ölkədə nüfuzu çox düşüb. Azərbaycanın beynəlxalq arenada imici çox aşağı düşüb. Hakimiyyət özünü çox narahat hiss edir. Anar Məmmədlinin həbsi də bu narahatçılığın göstəricisidir».
ANAR MƏMMƏDLİ KİMDİR?

Anar Məmmədli 1995-2002-ci illərdə Azərbaycan Dillər Universitetində german dillərinin filologiyasi üzrə bakalavr və magistr təhsili alıb.

2001-2008-ci illərdə Seçki Monitorinq Mərkəzinin İcraçı katibi və direktoru olub. 2008-ci ildə isə SMM-in qeydiyyatı məhkəmənin qərarı ilə ləğv edildikdən sonra Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həmtəsisçisi olub. Hazırda həmin qurumun sədridir.

A.Məmmədli indiyədək ölkədə keçirilən 12 seçkinin monitorinqi, həmin seçkilər dövründə seçici fəallığı və seçicilərin məlumatlandırlması yönündə proqram və tədbirlərin, habelə material və hesabatların yazılımasında iştirak edib.

A. MƏMMƏDLİNİN HƏBSİNƏ TWITTER-DƏ REAKSİYALAR:


Siz Anar Məmmədlinin həbsini necə qiymətləndirirsiz?

XS
SM
MD
LG