Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:43

Anar Məmmədlinin apellyasiya şikayəti təmin olunmadı


Anar Məmmədli
Anar Məmmədli
-
Dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin apellyasiya şikayətinə baxıb. Məhkəmə şikayəti təmin etməyib.

Anar Məmmədli Nəsimi rayon Məhkəməsinin onun barəsində 3 aylıq həbs qərarından şikayət vermişdi.

Anar Məmmədli dekabrın 17-də həbs olunub. Baş Prokurorluq A.Məmmədlinin sədri olduğu təşkilata oktyabrın 29-da cinayət işi açıb. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendum nəticələrini saxtalaşdırmaqda da suçlanıb. Eyni ittiham «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədova qarşı da sürülüb.

Baş Prokurorluq bildirir ki, cinayət işinin araşdırılmasına Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında başlanıb.

Bir sıra beynəlxalq qurumlar isə Anar Məmmədlinin həbsini siyasi sayır, onu dərhal azad etməyə çağırır.
XS
SM
MD
LG