Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Özünü yandıran Qarabağ əlilinə dəyən zərəri kim ödəməlidir? [Video]


-

Dekabrın 25-də II qrup Qarabağ müharibəsi əlili Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, özünəqəsdi 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov iddia edir ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev alıb.

Həmkarlar İttifaqları Konfederasiyası hüquq şöbəsinin müdiri Leyla Acalova «İşdən Sonra» proqramına məsələylə bağlı açıqlama verib:

«Ərazi Həmkarların İttifaqları Konfederasiyasının mülkiyyətində deyil, sadəcə istifadəsindədir. Torpaq sahəsi 22 mart 1985-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə sahilyanı istirahət zonası yaratmaq üçün Şıx sanatoriyasına verilib. Müalicəyə və istirahətə gələnlər bu sahədən istifadə edə bilərlər. Ortaya çıxdı ki, Bibiheybət bələdiyyəsi dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq Zaur Həsənova verib.

Bunu öyrənəndən sonra hər iki tərəfi məhkəməyə verdik. İcarə müqaviləsindən məlum oldu ki, Bibiheybət bələdiyyəsi torpaq sahəsini yay mövsümündə çayxana kimi işlətmək üçün Zaur Həsənova verib. Müqavilədə göstərilir ki, həmin sahə geri alınarkən tərəflərə dəyən zərəri bələdiyyə ödəyir. Torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin ərazini boşaltmaq barədə məhkəmə qərarı var».
XS
SM
MD
LG