Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:22

İlham Əliyev Anders Fogh Rasmussenlə görüşüb


Anders Fogh Rasmussen və İlham Əliyev
Anders Fogh Rasmussen və İlham Əliyev
“Azərbaycanda islahatların davam etdirilməsi çox vacibdir və NATO bu istiqamətdə ona kömək etməkdə davam edəcək. Hesab edirəm ki, biz əməkdaşlığı dərinləşdirə bilərik”.

Bunu NATO-nun baş katibi Anders Foq Rasmussen Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.O bildirib ki, görüşdə əsasən tərəflər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi müzakirə etdilib.

Rasmussen həmçinin bildirib ki, NATO Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlara dəstəyini yüksək qiymətləndirir.

-
Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla görüşüb. Görüşdə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyevin həmçinin bu gün NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşü nəzərdə tutulub. Görüşdən sonra mətbuata açıqlama veriləcək.

Prezident səfər çərçivəsində Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.
XS
SM
MD
LG