Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:23

Rasim Qaracadan roman: “Qarabağ Dekameronu”


-

Yazıçının düşüncəsinə görə “On bir gecə” Qarabağ mövzusunda yazılmış bütün əsərləri kölgədə qoyacaq.


Rasim Qaraca 2014-cü ilə yeni romanla başladı:

Onun “On bir gecə” adlı yeni romanı yaxın günlərdə çapdan çıxacaq.

Kitab haqqında ilk anonslar artıq Facebook səhifələrində görünməkdədir.

Kitabın üz qabığında yazılmış qeyddən mövzunun “savaş günlərinin eşq hekayələri” olduğunu öyrənirik və iddialı bir yarımbaşlıq əlavə olunub: “Qarabağ Dekameronu”.

Kitab haqqında yazıçının özündən bəzi şeyləri öyrəndik. Rasim Qaraca deyir:

“Bu kitabdakı eşq hekayələri fonunda Qarabağ savaşının nə qədər böyük faciə olduğunu göstərməyə çalışmışam. Əsərdə hadisələr savaş günlərində mühasirəyə düşmüş əsgərlər tərəfindən danışılır, 10 əsgər və 10 hekayə. Əsgərlərin ruh düşgünlüyünü aradan qaldırmaqdan ötrü komandir hər kəsə ilk sevgisi haqqında danışmağı təklif edir və birinci özü başlayır... Sonradan onlardan yalnız bir nəfər sağ qalır, təsadüf nəticəsində hekayətlər it-bata düşmür. Artıq bu əhvalatları hər kəs oxuya biləcək...”

Yazıçının düşüncəsinə görə “On bir gecə” Qarabağ mövzusunda yazılmış bütün əsərləri kölgədə qoyacaq.

“On bir gecə - Qarabağ Dekameronu” kitabına yazıçının 2010-cu ildə yayınlanmış “Əyri evin qadını” hekayələr toplusunda olmayan daha 3 hekayə daxil edilib.

Kitab “Alatoran Yayınları” seriyasından 1000 tiraşla çap edilərək fevral ayının ilk günlərində satışa çıxarılacaq.
XS
SM
MD
LG