Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:51

Müdafiə Nazirliyi bildirir ki, cəbhədə vəziyyət gərgin olaraq qalır


Arxiv foto
Arxiv foto
-
“Ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 50 dəfə atəşkəs rejimini pozublar”

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, erməni kəşfiyyat-diversiya qrupu cəbhənin cənub-qərb istiqamətində (Xocavənd rayonunun şərqindən) qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Cavab tədbirləri ilə cəhdin qarşısı alınıb, onlar itki verərək geri çəkilmək məcburiyyətində qalıblar.

“Eyni zamanda erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Şıxlar, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri intensiv olaraq atəşə tutulub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub”.

Müdafiə Nazirliyi onu da bildirir ki, son günlər cəbhədə baş verən gərginlik fonunda Ermənistan kütləvi informasiya vasitələrində verilən məlumatlarla bəzi yerli ekspertlərin səsləndirdikləri fikirlərin üst-üstə düşməsi təəssüf hissi doğurur.
XS
SM
MD
LG