Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:26

Ukraynada fövqəladə vəziyyət elan oluna bilər


Kiyevdə toqquşmalar
Kiyevdə toqquşmalar
-
Ukrayna parlamentindəki müxalifət fraksiyasının liderləri ilə prezident Viktor Yanukovych arasında danışıqların yeni raundu keçirilir.

Məqsəd ölkədəki böhranlı vəziyyətdən çıxış yolu tapmaqdır.

Bundan əvvəl müxalifət prezidenti fövqəladə vəziyyət elan etməməyə çağırıb.

Ali Radanın sədri Vladimir Rybak yanvarın 28-də parlamentin növbədənkənar sessiyasının çağırılması ilə bağlı sərəncam verib. O, müxalifəti əmin edib ki, həmin sessiyada fövqəladə vəziyyətlə bağlı məsələyə baxılmayacaq.

Ukrayna qanunlarına görə, parlamentin razılığı olmadan prezident fövqəladə vəziyyət elə edə bilməz.

«UDAR» partiyasının lideri Vitali Klitschko milisləri, xüsusitəyinatlı dəstələri, hakim və prokurorları vətəndaşlara qarşı repressiyalarda iştirak etməməyə, onları qorumağa çağırıb.

Kiyevin Qruşevski küçəsində etirazçılarla xüsusitəyinatlılar arasında gərginliyin davam etdiyi bildirilir. Müxalifət qarşıdurmalarda 5 aksiyaçının öldüyünü bildirsə də, rəsmi qurumlar iki ölüm faktını təsdiqləyirlər.
XS
SM
MD
LG