Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:35

Yanukovych etiraz aksiyalarına qarşı qanunu ləğv etməyə razılaşır


-
Ukrayna prezidenti Viktor Yanukovych Kiyevdə müxalifət liderləri ilə görüşdə etiraz aksiyaları əleyhinə qanunları ləğv etməyə razılaşıb.

Ukrayna prezidentinin veb-saytında yer almış bəyanatda o da deyilir ki, müxalifət liderlərindən biri, Arseniy Yatsenyuk Yanukovych-in baş nazir olmaq təklifini qəbul etməyib.

Bazar ertəsi keçirilən görüşdə Yanukovych deyib ki, həbs olunmuş etirazçılara amnistiya hələlik verilməyəcək. Bunun üçün gərək nümayişçilər binaların zəbtinə və davamlı etirazlara, Kiyevin mərkəzi meydanında çadır qurmağa son versinlər.

Yanukovych etirazlar əleyhinə qanunu yanvarın 17-də imzalayıb. Həmin qanun ictimai yerlərdə çadırlardan razılaşdırılmamış şəkildə istifadəni qadağan edir, ictimai fiqurlara böhtanı cinayət sayır.

Brüssel və Vaşinqton, Ukrayna müxalifəti bu qanunları pisləyib. Bir gün sonra Kiyevdə polislə toqquşmalar baş verib.

Təhlilçilər qanununun yanvarın 28-də parlamentin xüsusi sessiyasında ləğv olunacağını gözləyir.

Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton çərşənbə axşamı Kiyevə Yanukovych və müxalifət liderləri ilə danışıqlara gələcəyini deyib. Səbəb ölkədə fövqəladə vəziyyətin elan olunacağı barədə məlumatlardır.

Kiyevdə toqquşmalarda azı 3 nəfər ölüb.
XS
SM
MD
LG