Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:52

Davutoglu Assad rejimini ittiham edir


Syria - Children sit along a damaged street filled with debris in the besieged area of Homs September 19, 2013
Syria - Children sit along a damaged street filled with debris in the besieged area of Homs September 19, 2013
Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu Dəməşqi opponentlərinə qarşı aclıq strategiyası aparmaqda günahlandırıb. Belə ki, Suriya ordusunun mühasirəyə aldığı ərazilərə, məsələn, Homs şəhərinə humanitar yardım buraxılmır.

Bazar günü Münhen Təhlükəsizlik Konfransında danışan Davutoğlu Suriya rejimi ilə yanaşı İranı və Rusiyanı Assad rejimini dəstəklədiyinə, Qərbi ölkələrini isə laqeydlikdə ittiham edib. Bildirib ki, Suriyadakı münqaşədən qaçqın düşən 700 min nəfər adam Türkiyəyə sığınıb. Davutoglunun sözlərinə görə, bu humanitar fəlakəti qarşılamaqda Türkiyə 3 milyard dollara yaxın pul xərcləyib. O, BMT Təhlükəsizlik şurası ölkələrini fəaliyyətsizlikdə günahlandırıb.

Türkiyə xarici işlər naziri BMT-nin Təhlükəsizlik Şurasını çağırıb ki, Suriya prezidenti Bashar al-Assad-ı beynəlxalq ərzaq və digər yardımı ölkəyə buraxmağı tələb etsin. Davutoğlu həmçinin Təhlükəsizlik Şurasını Assad rejimindən keçid hökuməti yaratmağı tələb etməyə çağırıb.

Suriya hökuməti və müxalifəti ötən həftə İsveçrədə BMT-nin vasitəçiliyi ilə görüşüb. Ancaq tərəflər Homsun humanitar yardıma çıxışına dair razılığa gəlməyiblər. Homs 18 aydır hökumət qüvvələrinin mühasirəsindədir.
XS
SM
MD
LG