Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:35

Türkiyə hökuməti fethullahçılara qarşı cinayət təhqiqatına başladı


Fethullah Gülen
Fethullah Gülen
Türkiyə hökuməti, baş nazir Erdoğan-ın “parallel dövlət” adlandırdığı proseslə bağlı cinayət təhqiqatına başlamaq qərarı verib.

Recep Tayyip Erdoğan “dövlət içində dövlət” qurmaq istəyənlərin ona qarşı korrupsiya ittihamları irəli sürdüyünü iddia etmişdi.

Baş nazir bu qənaətdədir ki, onun keçmiş müttəfiqi, hazırda ABŞ-da könüllü sürgündə olan vaiz Fethullah Gülen-in davamçıları ölkənin polis və ədliyyə orqanlarına soxulublar.

Erdoğan deyib ki, “biz belə bir təşkilatın dövlətimizə qəsd etməsinə dözə bilmərik və bu, bizim üçün ölüm-dirim mübarizəsidir”.

Cinayət təhqiqatı dövlət strukturlarında “yuva salmış” fethullahçıları aşkar etməlidir.
Ötən ilin dekabrında baş nazir Erdoğan-ın administrasiyasına yaxın olan 80 nəfər korrupsiya ittihamları ilə həbs edilmişdi.

Bundan sonra hökumət əks-hücuma keçdi və minlərlə polis zabiti, 200-dək prokuror vəzifələrindən uzaqlaşdırıldı.

Öz növbəsində Fethullah Gülen ona qarşı bütün ittihamları rədd edir.
XS
SM
MD
LG