Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:53

Jurnalistləri Müdafiə Komitəsi Xədicə İsmayıla qarşı təqibləri pislədi


Xədicə İsmayıl Baş Prokurorluq qarşısında, 19 fevral
Xədicə İsmayıl Baş Prokurorluq qarşısında, 19 fevral
Qərargahı ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi (Committee to Protect Journalists) araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıla qarşı təqibləri pisləyib.

Təşkilat öz bəyanatında jurnalistin hökumətdəki korrupsiyanı araşdırdığına diqqəti çəkib.

Jurnalistləri Müdafiə Komitəsi hökumətyönlü mediada X.İsmayıla qarşı “böhtan kampaniyasını” da pisləyib. Təşkilatın nümayəndəsi Nina Oqnianova deyib: “Biz prezident İlham Əliyevi bu təqib kampaniyasını dayandırmağa çağırırıq”.

X.İsmayıl artıq bir neçə də istintaqda dindirilib, onu MTN-ə aid olduğu deyilən və dövlət sirri təşkil etdiyi iddia olunan sənədi yaymaqda günahlandırırlar.

Jurnalistin özü isə bunun onu susdurmaq cəhdi olduğunu bildirir.
XS
SM
MD
LG