Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:35

«Rusiya-Qərb müharibəsi başlasa, Cənubi Qafqaz ayaq altında qalar»


Rus tankları Gürcüstanda, 20 avqust 2008
Rus tankları Gürcüstanda, 20 avqust 2008
-
Azərbaycan GUAM üzvü kimi Rusiyanın Krıma hərbi müdaxiləsinə, şərqi və cənub-şərqi Ukraynada apardığı separatçı fəaliyyətə necə yanaşır, rəsmi Bakının reaksiyası necə olmalıdır? İndi Ukraynada və Ukrayna ətrafında baş verən olaylar belə sualları və onlara cavab axtarışını qaçılmaz edir.

XİN-in sözçüsü Elman Abdullayev martın 2-də BMT-in baş katibi Ban ki-Moon-un «Sakit beyinlər qalib gəlməlidir» bəyanatını «twitter»də ingilis atalar sözüylə müqayisə edib: «Danışmaqdansa, iş gör».

«AZƏRBAYCAN UKRAYNANIN ƏRAZİ BÜTÖVLÜYÜNƏ TƏRƏFDARDIR»

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli apa-ya açıqlamasında bildirib ki, səfirlik Krımdakı azərbaycanlı icması ilə daim təmasdadır və hələlik, onların həyatına, iş və təhsilinə ciddi təhlükə yoxdur. Krımda yaşayan Azərbaycan vətəndaşlarına tövsiyə olunub ki, münaqişə olan bölgələrdən, qarşıdurma olan yerlərdən mümkün qədər uzaq dayansınlar:

«Ukrayna vətəndaşı olan azərbaycanlıların proseslərdə hansı formada iştirakı isə onların öz işidir. Fikrimizcə, Krımdakı tatarlar kimi, azərbaycanlılar da olduqca təmkinli mövqe nümayiş etdirirlər».

Diplomat bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin vahid mövqeyi var. Bu da Ukraynanın ərazi bütövlüyünün heç bir halda pozulmamasıdır:

«Biz Ukraynanın ərazi bütövlüyünün, vahid sərhədlərinin toxunulmazlığının tərəfdarıyıq».

Xarici işlər nazirinin müavini Araz Əzimov da ötən həftə jurnalistlərə açıqlamasında deyirdi ki, «Ukraynanın ərazi bütövlüyü və sabitliyi Azərbaycan üçün vacibdir.
Arif Yunus
Arif Yunus
Ukraynanın sabitliyi birbaşa Mərkəzi Avropanın stabilliyinə təsiredici faktordur».

Bu bəyanat Viktor Yanukovych prezidentlikdən uzaqlaşdırılandan sonra verilmişdi.

«İNQİLABİ PROSESLƏRDƏN QORXURLAR»

Politoloq Arif Yunusun fikrincə, rəsmilər Rusiyanın Krıma müdaxiləsinə, hələlik, ehtiyatlı mövqe sərgiləyir. Azərbaycanın bir tərəfdən Rusiyadan çəkindiyini deyən politoloq iqtidar və iqtidaryönlü medianın Ukrayna hadisələrinə çəkingən yanaşdığına diqqət çəkir:
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00
Direct-ə keçid

«Çünki bizimkilər ümumiyyətlə inqilabi proseslərdən çəkinirlər. Vaxtilə ərəb dalğasını götürün. Hakimiyyətə yaxın media ərəb dalğası proseslərini müsbət işıqlandırmırdı. Axı Azərbaycanda cəmiyyət belə prosesləri izləyərək soruşur: «Bizdə də ola bilərmi?». Xalqın hansısa aksiyası bizim rəsmilərin xoşuna gəlmir».

RUSİYANIN 2 İŞĞAL VARİANTI

Politoloq Vəfa Quluzadə Azərbaycanın kövrək mövqeyini birbaşa Dağlıq Qarabağ münaqişəsinə bağlayır və Ukraynaya müdaxilə edən Rusiyanın 20 ildir atəşkəs xəttini «od püskürən» vəziyyətdə saxladığını yada salır:

«Nəyə görə saxlayır? Rusiya bilir ki, Qərblə münasibətləri pisləşəndə Qərbə zərbə vurmaq üçün Tiflisi işğal edəcək. Axı Abxaziya və Osetiyanı əlinə alıbsa, demək, Tiflis mühasirədədir.
Vəfa Quluzadə
Vəfa Quluzadə
Azərbaycan da mühasirədədir. Rusiyanın 2 variantı var. Biri - Ukraynada olduğu kimi, həyasızcasına, Qusardan irəliləyib Bakını ala, ya da erməni bayrağı altında, öz qüvvələrini ermənilərə birləşdirməklə Azərbaycanın digər yarısını da götürə bilər».

Vəfa Quluzadə bu səbəbdən Azərbaycanın rəsmi, yəni ehtiyatlı mövqeyini «normal» adlandırır. Onun fikrincə, ölkənin Qərb tərəfdaşları bu kövrək durumu anlamalıdır.

«BİZİM BAŞIMIZ ƏZİLƏCƏK»

Bəs Moskva-Vaşinqton arasında münasibətlərin pisləşməsi Qarabağ probleminin çözümünə necə təsir göstərə bilər?
Gözlə

No media source currently available

0:00 0:04:49 0:00
Direct-ə keçid

Vəfa Quluzadə deyir ki, Qərblə Rusiya müharibə həddinə çatsa, Azərbaycanla Gürcüstan işğala məruz qalacaq:

«Bu müharibədə Rusiya məğlub olacaq, Qərb qalib gələcək. Ancaq Rusiya da Qərbin Cənubi Qafqazdakı maraqlarına zərbə vurmaq istəyir. Yəni bu qələbəyədək bizim başımız əziləcək. ABŞ-ın, NATO-nun Rusiya üzərində qələbəsinədək döyüş gedəcək. Bu döyüşdə Cənubi Qafqaz ayaq altında qalacaq».

Sabine Freizer
Sabine Freizer
«CƏNUBİ QAFQAZ RUSİYANIN TƏLƏSİK MÜDAXİLƏ EDƏCƏYİ REGİONDUR»

Rəsmi Bakı Ukraynada yaranan beynəlxalq konsensusa əməl etməli və başqaları kimi Rusiyanın Krıma hərbi müdaxiləsini pisləməlidir. Bunu isə AzadlıqRadiosuna Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabine Freizer deyir:

«Rusiyanın Krımda indiki hərəkətləri Ukraynanın ərazi bütövlüyünün pozulmasıdır. Rusiya ordusunu qonşu ölkəyə göndərməyi normal saysa, bu, bütün region üçün xeyli təhlükəlidir. İndi çox vacibdir ki, Rusiya zirehli texnikasını və əsgərlərini Krımdan geri çəksin. Rus ordusu Ukraynanın şərqinə və digər hissələrinə də girsə, təhlükə çoxalacaq. Azərbaycan və Dağlıq Qarabağ danışıqları üçün bütün bunlar təşviş doğurur, çünki bütün bunlar Rusiyanın bir regiona necə sürətlə hərbi müdaxilə edə bildiyini göstərir. Cənubi Qafqaz Rusiyanın potensial olaraq tez-tələsik, Azərbaycanın iradəsi əleyhinə müdaxilə edəcəyi bir regiondur».

Gözlə

No media source currently available

0:00 0:00:54 0:00
Direct-ə keçid
XS
SM
MD
LG