Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:34

Senatorlar Rusiyanı dünya çempionatından məhrum etmək istəyirlər


Rusiya millisi
Rusiya millisi
-
İki amerikalı senator FIFA prezidenti Joseph Blatter-ə müraciət edərək futbol üzrə Rusiya yığmasını 2014-cü il dünya çempionatından məhrum etməyə çağırıb.

Bu barədə «The Guardian» qəzeti məlumat yayıb.

Senatorlar həm də tələb edirlər ki, FIFA Rusiyanı 2018-ci il dünya çempionatı keçirmək hüquqdan da məhrum etsin.

Amerikalı siyasətçilər belə bir müraciəti Rusiyanın Krıma hərbi müdaxiləsinə ilə əlaqələndirirlər.

Müraciətdə Moskvanın bu hərəkəti «FIFA və beynəlxalq hüququn əsas prinsiplərinə hörmətsizlik» adlandırılır. Senatorlar belə bir addımın vaxtilə Yuqoslaviyaya qarşı atıldığını, 1992-ci ildə bu ölkənin futbol yığmasının Avropa Çempionatından və 1994-cü ildə dünya çempionatından məhrum edildiyini yada salırlar.

Hər iki senator Respublikaçılar Partiyasını təmsil edir.
XS
SM
MD
LG