Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

Putinin sabiq müşaviri Kremlin Ukraynanın işğalı planlarından danışır


İllüstrasiya
İllüstrasiya
“Krım Ukrayna torpaqlarının zəbt edilməsi üzrə Kreml planlarının ancaq ilkin mərhələsidir. Bunun ardınca Ukraynanın şərq bölgələri və bütün cənub hissəsinin işğalı gəlir” – Bunu Rusiya prezidenti Vladimir Putinin sabiq müşaviri Andrey İlliarionov deyir.

Ukraynanın 1-ci telekanlında çıxış edən İllarionov iddia edir ki, Krim hadisələri – Kremlin 6 il əvvəl hazırladığı çoxmərhələli planın həyata keçirilməsidir.

“Kreml Qərbi inandırmağa çalışır ki, Rusiyanın Kırm vilayətinə hərbi müdaxiləsi Kiyevdə baş verən hadisələrdən doğub. Əslində isə bi istiqamətdə iş hələ 2013-cü ilin yayından başlayıb. O zaman Rusiya öz sərhədlərini Ukrayna məhsullarının üzünə bağlayaraq qonşu ölkəyə qarşı genişmiqyaslı iqtisadi müharibəyə başladı. Artıq yarımadakı hadisələrin inkişafına diplomatik yolla təsir etmək mümkün deyil. Bunun heç mənası da yoxdur, çünki Hitlerlə danışıq aparmaq kimi bir şeydir» - deyə İllarionov bidlirib.

KRİIM HADİSƏLƏRİNİN GEDİŞİNİ BİZİM CANLI BLOQDA İZLƏ
XS
SM
MD
LG