Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Rusiyada yaşayan azərbaycanlı: İldən-ilə dolanmaq çətinləşir


Arxiv foto
Arxiv foto
-
Ukrayna böhranı Rusiyada işləyən azərbaycanlılara necə təsir edib? Suallarımızı uzun illərdi Rusiyada yaşayıb-işləyən iş adamı Azər Abbasov cavablandırır.
«Hələ ki Krım hadisələrinə görə azərbaycanlılara qarşı hər hansı soyuq münasibət yoxdu. Amma iqtisadi vəziyyət yaxşı deyil. Bazarda rublun dəyəri düşüb».
- Bu, azərbaycanlıların öz ailələrinə göndərdiyi pula da təsir edib yəqin ki...
- Əlbəttə. Əvvəl 2000-2300 rubl göndərirdinsə, indi bu, bir şey deyil. Gərək artırasan məbləği ki, evdəkilər də əlinə bir şey ala. Maaşlar gecikir. Bəzən başımız qarışır, kommunal borcları vaxtlı-vaxtında ödəyə bilmirik, amma buna görə də bir təzyiq olmazdı. İndi 6 ayın borcu yığılıb-qalıb. Qapı-qapı gəzib borcu olanlara qol çəkdirirlər ki, bir-iki günə ödəyəcəksiz. Yoxsa qaz-işıq-suyunuz kəsiləcək. Büdcədə kəsir var deyə kommunal borcları yığmağa çalışırlar.
- Alış-veriş necədi?
- Hər şey bahalaşıb burda. Özüm iş adamıyam, görürəm ki, camaat əvvəlki kimi alış-verişə gəlmir. Başqa azərbaycanlılarla da əlaqəm var. Onlardan da soruşuram. Hər yerdə al-ver zəifləyib. Çünki hər şeyin qiyməti qalxıb. Xaricdən gətirilən malın qiyməti dollarla hesablanır. Rus rublun dəyəri də düşüb.
- Bəs bu bahalanma maaşlara təsir edib?
- Yox, satıcılarım deyirlər ki, maaşı qaldır. Amma necə qaldırım? Gəlirim elə həminkidi.
- Bütün bunlar Ukrayna hadisələrindənmi qaynaqlanıb?
- Təkcə ondan yox. Rusiyada ildən-ilə dolanmaq çətinləşir. Burdakı azərbaycanlılar da daha əvvəlki kimi pul göndərə bilmirlər Azərbaycana.
- İqtisadi vəziyyətin düzələcəyinə ümidiniz varmı?
- Bilmirəm... Amma ildən-ilə satış zəifləyir. Bilmirəm, mağazaların sayı çoxalır, yoxsa camaatda pul azalır, biz alış-verişdə azalmanı görürük.
XS
SM
MD
LG