Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:45

ABŞ Rusiyaya qarşı əlavə sanksiyalardan danışır


Ağ ev qarşısında Ukrayna və Avropa Birliyinin bayraqları
Ağ ev qarşısında Ukrayna və Avropa Birliyinin bayraqları
"Rusiya Krımı işğal etsə, Vaşinqton bunu qəbul etməyəcək və Rusiyaya qarşı əlavə tədbirlər görəcək". Bunu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşavrinin müavini Tony Blinken mediaya açıqlamasında bildirib.

Onun sözlərində görə, Krım referendumunu və yarıamadanın Rusiya anneksiyasını dünyanın böyük hissəsi də tanımayacaq.

T.Blinken xatırladıb ki, Barack Obama və Avropa Birliyi bəyan ediblər ki, indiyə qədər Rusiyaya qarşı tətbiq olunan sanskiyalar ilk addımdır.

“Bu sanskiyaların gücləndirilməsinin çox çevik və ciddi mexanizmi mövcuddur” – deyə amerika rəsmisi əlavə edib.

Blinkenin fikrincə, indi seçim Rusiyanın öz əlindədir: ya öz hərəkətlərini davam etdirib getdikcə güclənən diplomatik təcrid və iqtisadi itkilər yaşasın, ya da Ukraynanın suvernliyini bərpa edib fəaliyyətini diplomatik fəzaya keçirsin.
XS
SM
MD
LG