Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:47

Böyük filosofun kitabı Araz Gündüzün tərcüməsində


-

Britaniya filosofu, yazarı Bertran Rassel 1950-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

20-ci əsrin ən böyük mütəfəkkirlərindən sayılan Rassel pasifizm, ateizm, solçuluq meyllərinin müdafiəsinə yönələn əsərləri ilə tanınır.

O həm də ictimai xadim kimi Qərbdə söz azadlığı uğrunda yorulmaz mübarizlərdən olub.

Onun "Evlilik və Əxlaq" kitabını Azərbaycan dilinə Araz Gündüz çevirib.

Bakı Kitab Klubu xəbər verir ki, əsərdə ailə və nikahın qısa tarixi ilə yanaşı olaraq, hər bir qadını və kişini maraqlandıran seksual duyğu, sevgi, evlilik və boşanma, ailə və uşaqların tərbiyəsi, yevgenika və həyatda həlledici rol oynayan bir çox başqa məsələlər araşdırılır.
XS
SM
MD
LG