Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:24

"Nəşriyyatları bağlayırlar, amma quşxanalara dəyən yoxdur"


Musa Yaqub
Musa Yaqub
-
Tanınmış yazarlardan "Qanun" nəşriyyatına dəstək


Şair Musa Yaqub

- Dəhşətdir, kitab mağazalarını, nəşriyyatları bağlayırlar. Amma quşxanalar, yeməkxanalara dəyən yoxdur. Niyə? Bəs, insanın mənəvi dünyası? Bunu haradan öyrənəcəyik?

İndi də “Qanun”un üstünə düşüblər. Mən “Qanun” nəşrlər evinə edilən hücumu qətiyyətlə pisləyirəm. Heç olmasa bu nəşriyyat iş görür, kitab çap edir. Həmin kitabları çıxarıb cəmiyyətə təqdim edirlər, güclə, həm də ucuz qiymətə satırlar.

Mən əvvəldən demişdim ki, bu nəşriyyatlara imkan versinlər, hərəsinin də öz mağazası olsun və kitab satışı ilə məşğul olsunlar. Bunlar isə bağlamaq, boynuna vergi cəriməsi qoymaq, yük altına salmaqla məşğuldular.

Yazıçı Əkrəm Əylisli

- Vergi qanunlarının nəşriyyata tətbiq olunmasını tam dərinliyi ilə bilmirəm. Ancaq bir şeyi deyə bilərəm ki, mən Şahbaz Xuduoğlunu yaxşı tanıyıram. Onun nəşriyyat sahəsində gördüyü işlər kifayət qədərdir.

Üstəlik bu işlər bütün oxucu auditoriyasına tanışdır. O, nəşriyyatda dəsti-xətti olan adamdır. Ona görə də mən elə başa düşürəm ki, Şahbaz bu durumda sərt hüqüqu vəziyyətə salınmayacaq. Şahbaz kifayət qədər ağıllı və işgüzar adamdır. Mən inanıram ki, Şahbaz bu vəziyyətdən asanlıqla çıxa biləcək. Onun nəşriyyatında buraxılan kitablar 500-1000 nüxsə arasındadır. Mənə elə gəlir ki, bunun yeni qanunlarını, yeni quruluşunu tapmaq lazımdır. Oxucu kütləsinin formalaşmasında bu nəşriyyatın böyük rolu olub.
Rüstəm Behrudi
Rüstəm Behrudi

Bu ölkədə Şahbazın kitaba göstərdiyi xidməti heç kim dana bilməz.

Şair Rüstəm Behrudi

- Mən Şahbazı yaxından tanıyıram. O, qanunu da bilir, qaydanı da. Burada məsələ başqadır. Kitaba olan münasibət göz qarşısındadır. Əslində bu tək “Qanun” nəşrlər evinə deyil, Azərbaycanda çap olunan kitablara olan münasibətdir.

Başqa ölkələrdə kitabları göz önündə yandırılan yazıçılar haqqında eşitmişdim. Elə yazıçılar var ki, kitabları tonqalda yanır və onlar da kənardan bunu seyr edir. Azərbaycanda hazırda bu prosess gedir. Yazıçıların, şairlərin əlyazmaları orada dağıdılır. Bəlkə də ora kitabını verən yazıçı onu makinada yazdırmaq üçün son qəpiyini verib. Onları isə asanlıqla dağıdırlar. Bu, qaragüruhun kitaba olan münasibətidir. Belə şeylər həmişə olub və olacaq da.

Şahbaz daha qətiyyətli olmalıdır, dözməlidir. Əgər Azərbaycan mədəniyyətinə xidmət etməyi öz çiyinlərinə götürübsə, buna fikir verməməlidir. Bu, Vergilər Nazirliyi və daha yuxarı instansiyaların sifarişidir. Bunu başqa çür hesablamaq olmaz”.

Jurnalist Elçin Şıxlı
Elçin Şıxlı
Elçin Şıxlı

- Əgər doğrudan da “Qanun” nəşrlər evinin səhvləri olsa, ona müəyyən mənada cərimələrin tətbiq olunmasına güzəşt olunmalıdır. Amma mənim böyük mənada buna şübhəm var. Onlar 150 minlik qanun pozuntusuna yol verməzlər.

Əgər 150 minlik cərimə sanksiyası varsa, deməli “Qanun” nəşriyyat evinin gəlirləri 10 milyon manatdan artıqdır. Amma düşünmürəm ki, “Qanun” nəşrlər evinin dövriyyəsi bu qədər olsun. Bu indiki şəraitdə ağlabatan deyil. Hər halda kitab nəşri ilə məşğul olan bir şirkətin bu şəkildə cəzalandırılmasının tərəfdarı deyiləm və bunun tam əlehinəyəm.

Yazıçı-publisist Xeyrəddin Qoca

- Mən “Qanun” nəşrlər evinin yüksək məbləğdə cərimələnməsinin əleyhinəyəm. Bu ölkədə kitab çapı ziyandan başqa bir şey gətirməyəcək. Ümumiyyətlə, bu yazı-pozu aləmində hər kəs bilir ki, kitab nəşri ilə məşğul olan şirkətlər nə əziyyətlə çalışır.

Sonda da bu kitabları nə zülmlə satır və yaxud da heç sata bilmirlər. Böyük ziyan içərisində işlərini davam etdirirlər. Cərimə olunmalı o qədər müəssisə, təşkilat, nazirlik var ki, indi nə olub ki, bunun üzərinə düşüblər?
XS
SM
MD
LG