Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:48

Krımın ilhaqı Rusiya parlamentində də təsdiq edildi

Rusiya parlamentinin yuxarı palatasında Krımın Rusiyaya birləşdirilməsi qərarının təsdiqi alqışlarla qarşılanır, 21 mart 2014
Rusiya parlamentinin yuxarı palatasında Krımın Rusiyaya birləşdirilməsi qərarının təsdiqi alqışlarla qarşılanır, 21 mart 2014
-
Martın 21-də Rusiya parlamentinin yuxarı palatası Ukraynanın Krım yarımadasını Rusiya Federasiyasına daxil edilməsinə dair razılaşmanı təsdiq edib. Federasiya Şurasında səsvermədən keçəndən sonra Krımın Rusiyaya ilhaqı prosesi tam başa çatmış olur.

Qərb Rusiyanın qonşu Ukrayna ərazisini parçalayıb özünə birləşdirməsini qətiyyətlə rədd edir, bunun beynəlxalq qanunlara ziddi olduğunu bildirir. Bu hərəkətlərinə görə ABŞ və Avropa Birliyi Rusiya rəhbərliyinə qarşı sanksiyalara başlayıb.

Avropa Birliyi xəbərdarlıq edir ki, regionda vəziyyəti gərginləşdirmək istiqamətində Moskvanın hər hansı addımı Rusiyaya qarşı əlavə sanksiyalara səbəb olacaq.

Bu gün eyni zamanda Ukraynanın Baş naziri Brüsseldə ölkəsinin Avropa Birliyi ilə siyasi əməkdaşlığına dair razılaşma imzalayıb.
Avropa Şurasının prezidenti Herman Van Rampuy (sağda) və Ukraynanın Baş naziri Arseniy Yatsenyuk Ukrayna ilə Avropa Birliyi arasında siyasi əməkdaşlığa dair imzaladıqları sənədləri dəyişirlər. Brüssel, 21 mart 2014

Baş nazir Arseniy Yatsenyuk Ukraynanın Avropa Birliyinin Assosiasiya Razılaşmasına qoşulması üçün siyasi şərtlərə dair müqaviləni imzalayıb. Bununla da Ukraynanın 28 dövləti birləşdirən Avropa Birliyi ilə daha sıx əlaqələrinə şərait yaranır.

Keçən ilin sonunda Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-in Avropa Birliyi ilə assosiasiya və azad ticarət razılaşmasını imzalamaqdan imtina etməsinə görə etiraz aksiyaları başlamış və bu fevralın sonunda aksiyalar onun hakimiyyətdən devrilməsi ilə nəticələnmişdi.
XS
SM
MD
LG